Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Etibar Pirverdiyevin taleyi necə olacaq?

 

“Azərenerji” ASC-nin səlahiyyətləri “Azərişıq” ASC-yə verililir

Azərbaycan prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb.
 
"Xeberinfo.com":  “APA-Economics”in məlumatına görə, “Azərişıq” ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
 
Sənəddə qeyd olunub ki, iki ay ərzində “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti “Azərişıq” ASC-yə ötürülməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir.
 
“Azərenerji” ASC-nin və “Azərişıq” ASC-nin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.
 
Prezidentin digər sərəncamı ilə Balababa Rzayev “Azərişıq” ASC-nin sədri təyin edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam