Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Merkel Putini təhdid edib

 

Merkel Putini nə ilə təhdid edib?

Almaniya kansleri Angela Merkel 3 gün əvvəl Moskvada baş tutan görüşdə Rusiya prezidenti Vladimir Putinə sərt xəbərdarlıq edib.
 "Xeberinfo.com":  Məlumata görə, diplomatik mənbələrdən “The Wall Street” jurnalına verilən məlumata görə, Almaniya kansleri hesab edir ki, bu çərşənbə Minskdə baş tutacaq “Normandiya dörtlüyü”nün görüşündə Vladimir Putin Almaniya və Fransa tərəfindən ona təklif edilən sülh sazişi ilə razılaşmalıdır.
 
Mənbə bildirir ki, Minsk sammitində Putinin yeni “Yol xəritəsi” sülh planından imtinası bu ölkəyə böyük zərbələrə yol açacq. Almaniya kansleri Angela Merkel Putini Rusiya şirkətlərinin fəaliyyətinin və iş adamlarının xarici bank hesablarının dondurulması barədə sanksiyalarla təhdid edib. Markel onu da deyib ki, Rusiya sülh planına “yox” desə, Almaniya ABŞ tərəfindən Ukraynaya nəzərdə tutulan silah yardımına etiraz etməyəcək.
 
Məqalədə qeyd olunur: "Hələlik rəsmi Berlin bu ideyaya qarşı çıxır. Amerikanın Ukraynaya silah yardımı məsələsi Münhen Təhlükəsizlik Sammitində də geniş müzakirə mövzusu olub. Avropalı diplomatların fikrincə, Ukrayna münaqişəsinin həlli müharibə ilə yox, danışıqlarla mümkün olmalıdır".
 
Qeyd edək ki, fevralın 6-da Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkel sülh danışıqları ilə bağlı Moskvaya səfər edib. Bağlı qapılar arxasında 5 saatlıq görüşdən sonra onlar Rusiya paytaxtını jurnalistlərə açıqlama vermədən tərk ediblər. Onların təmsilçiləri isə danışıqların konstruktiv keçdiyini bildiriblər. Bazar günü isə Ukrayna prezidenti Petr Poroşenkonun da iştirakı ilə tərəflər arasında telefon danışığı olub. Danışıqların yekunu olaraq “Normaniya format”ına uyğun olaraq Minsk görüşü barədə razılaşma əldə olunub.
 
Fransua Olland “France 2” kanalına açıqlamasında bildirib ki, tərəflərə Ukrayna qoşunları və rusiyapərəst separatçılarını ayıran təmas xətti boyu eni 50-70 km olacaq tərksilah edilmiş "bufer zonası" yaradılması təklif olunub. Rusiya rəsmiləri Minsk danışıqlarına optimist əhval-ruhiyyədə yanaşırlar: “Rusiya tərəfi hesab edir ki, Minsk görüşlərində vacib qərarlar qəbul olunacaq”, – deyə Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov Münhendə jurnalistlərə bildirib.
Lent.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam