Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mehriban Zeynalovadan insan alveri ittihamına cavab

 

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova fevralın 6-da keçirdiyi mətbuat konfransında insan alverinin qurbanı olmuş, Filippin Respublikası vətəndaşı Fe Diaz Lliantonun könüllü olaraq ölkəsinə qaytarılması ilə bağlı açıqlama verib


"Xeberinfo.com":  Məlumata görə, bəzi mətbuat orqanlarında Filippin vətəndaşı Fe Diaz Lliantonun öz ölkəsinə göndərilməsi prosesinin gedişi ilə ilə bağlı həqiqətə uyğun olmayan və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin nüfuzuna xələl gətirməyə yönəlik məlumatlar yayılıb. “Təmiz dünya” İB bu məlumatlara aydınlıq gətirmək məqsədilə aşağıdakıları bəyan edir:

"DİN-in Baş Pasport və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10.06.2013-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində Filippin Respublikasının vətəndaşı, 13.08.1985-ci il təvəllüdlü Fe Diaz Llianto Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 35, mənzil 16 ünvanında müəyyən edilib. O, üzərində zorakılıq əlamətləri olması və azadlığının məhdudlaşdırılaraq işlərin yerinə yetirilməsinə məcbur edilməsi barədə verdiyi məlumatlar əsasında insan alveri cinayətinin qurbanı olmasının müəyyən edilməsi məqsədi ilə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. 11.06.2013-cü il tarixdə Llianto Fe Diaz İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək qeyd olunan ünvanda məcburi əməyə məruz qaldığını bildirib, faktla bağlı 25.06.2013-cü il tarixdə istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsi (hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə) ilə cinayət işi başlanıb. 

Cinayət təqibi ilə əlaqədar “İnsan alverinə qarşı mübarizə haqqında qanun”un 20.1-ci maddəsinə əsasən İAQMBİ-nin təşəbbüsü ilə insan alveri qurbanı olan Fe Diaz LLiantonun qanunvericilikdə müəyyən edilmiş qaydada 24.03.2014-cü il tarixədək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq hüququ əldə etməsi təmin edilib. Daha sonra həmin müddət 14.11.2015-ci il tarixədək uzadılıb. İlkin mərhələdə zərərçəkmişin müdafiəsi “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Reablitasiya və reinteqrasiya işinə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi cəlb olunub və zərərçəkmiş həmin təşkilatın sığınacağında yerləşdirilib. Sığınacaqda yaşadığı müddətdə Llianto Fe Diazın hərəkət sərbəstliyi təmin edilib, mobil telefon vasitəsilə istədiyi şəxslə əlaqə yaratmaq imkanı olub. 12.02.2014-ci il tarixdə istintaq yekunlaşaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Keçirilən məhkəmə baxışının nəticələri əsasında 22.05.2014-cü il tarixdə qəbul olunmuş hökmlə Azərbaycan Respublikası vətəndaşı Mehdiyeva Aynur Lətif qızı CM-nin 144-1.2.8 və 144-2.1 maddəsi ilə cinayət törətməkdə təqsirli bilinərək 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, himayəsində 2 azyaşlı övladı olduğu nəzərə alınaraq ona sınaq müddəti verilib. Bundan sonra Fe Diaz Llianto çıxarılan hökmlə razılaşmayaraq 05.06.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellasiya şikayəti verib. 

Bakı Apellasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlayıb. Fe Diaz Llianto insan alveri qurbanı qismində tanınaraq onun barəsində qüvvədə olan, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sosial reblitasiya tədbirləri tam şəkildə həyata keçirilib. Ona sosial, tibbi, hüquqi, psixoloji, maddi yardımlar göstərilib, müvəqqəti yaşama yeri ilə təmin edilərək birdəfəlik müavinət ödənilib. Əcnəbi şəxs Fe Diaz Llianto Azərbaycanda daim yaşamaq hüququ əldə etmək məqsədi ilə dəfələrlə Dövlət Miqrasiya Xidmətinə müraciət edib, lakin ona bu icazə verilməyib. Bundan əlavə Fe Diaz Lliantonun “hüquqlarını müdafiə edən” şəxslərin nəzərinə çatdırmaq istəyirik ki, 17 oktyabr 2014-cü il tarixdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanuna edilmiş dəyişikliklərə əsasən həmin qanunun 20.7-ci maddəsi ləğv edilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq hüququ verilmiş insan alveri qurbanı olan əcnəbi şəxs immiqrant statusu əldə edir və bundan irəli gələn hüquq və vəzifələrə malik olurdu. 

Fe Diaz Llianto 06.01.2015-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək öz ölkəsinə könüllü olaraq qayıtmaq istədiyini bildirib. Onun müraciəti nəzərə alınaraq nəqliyyat və digər xərcləri tam ödənilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının repatrasiya qaydaları”na əsasən 06.01.2015-ci il tarixdə saat 17:15-də Bakı-Doha-Manila aviareysi ilə öz ölkəsinə qayıdışı təmin edilib. “İnsan alveri qurbanlarının repatrasiya qaydaları”na müvafiq olaraq gələcəkdə onsan alveri cinayətinin qurbanı olması təhlükəsinin azaldılması üçün Filippin Respublikasının məlumatlandırılması məqsədilə 07.01.2015-ci il tarixdə Xarici İşlər Nazirliyinə müraciət edilib. Ancaq təəssüf ki, 03.02.2015-ci il tarixdə AzNews.az saytında “Mehriban Zeynalovanın adı insan alverində hallanır “ başlıqlı yazıda yuxarıda göstərilən məqamlar əksini tapmayıb. Media qurumu qarşı tərəfin mövqeyini öyrənmədən yaydığı materialda “KİV haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq həm “Təmiz dünya” İB-nin, həm də birliyin sədri kimi mənim peşəkar və işgüzar nüfuzuma ciddi zərər vurub. Bütün bu göstərilənləri nəzərə alaraq məsələnin hüquq müstəvisində həlli nəzərdə tutulur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam