Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Daha 3 nazirlik ləğv olunsun!

 

“Dövlət strukturlarının təkmilləşdirilməsinə ehtiyac var. Prezidentin fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməsi çox müsbət addımdır. Çünki hazırda özəlləşdirilməyən torpaqlar qalmayıb. Torpağın üzərindəki müəyyən problemlə Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məşğul olur. Belə addımları davam etdirmək lazımdır”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib. O qeyd edib ki, hazırda bəzi digər dövlət qurumlar da var ki, onların da ləğvinə və birləşdirilməsinə ciddi ehtiyac var:  “Məsələn, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi demək olar eyni funksiyaları yerinə yetirir. Bu, təbii ki, dövlət başçısının səlahiyyətində olan məsələdir. Vergilər Nazirliyi faktiki olaraq vergiyə cavabdeh olan bir təşkilatdır. O cümlədən dövlət büdcəsinə nəzarət mexanizmini həyata keçirən qurum Maliyyə Nazirliyidir. Eyni zamanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi. Düşünürəm ki, bu sistemə də baxmaq olar. Ümumiyyətlə, struktur dəyişikliyinə ehtiyacı olan qurumlar kifayət qədərdir. Bu məsələrin həyata keçirilməsi isə ölkənin iqtisadi vəziyyətindən asılıdır”.

Azərbaycan prezidenti İlham Əliyev dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə qərara alıb ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsin. Komitənin funksiyaları Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam