Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Beynəlxalq Avtovağlalda prezidentin göstərişi yerinə yetirilmir

 

 Sərnişinlərin  haqqı  tapdalanır

  "Xeberinfo.com":  Bu  günki  kimi  yadımdadır  kəndimizdə  Zülfü  adlı  bir  kişi  və  onun  Zaman  adlı  ipə- sapa  yatmayan  bir  oğlu  vardı.Zaman  böyük- kiçiyi  saya  salmayan,valideyinlərinin  sözünə  baxmayan, yekəxana, oturuşunu,duruşunu  bilməyən  birisi  idi. Kəndin  camaatı  əlindən  zinhara  gəlmişdi. Zülfüyə  də  kim  şikayət  edirdi  deyirdi ki, A başınıza  dönüm, adama  nə  qədər  deyərlər  özünü  yığışdır, sözə  bax, camaatla  yaxşı  rəftar  elə, onun- bunun  haqqını  az  tapdala.Kimə  deyirsən, bildiyini  heç  mən  dədəsinə  də  vermir.Artıq  mən  də  boğaza  yığılmışam, tutun  öldürün  mənim də, sizin  də  canı  qurtarsın.

  Dəyərli  oxucular, indi  kəndçim  Züifünün  zözü  olmasın  Nəqliyyat  Nazirliyindən,Beynəlxalq  Avtovağzaldan  nə  qədər  yazmaq, nə  qədər  demək  olar.Amma  Beynəxalq  Avtovağzalda  qayda- qanun  yaradılmır  ki, yaradılmır.Hər  kəs  bildiyini  edir.Sizləri  bilmirəm, mən  avtovağzalın  istifadəyə  verildiyindən  bu  günə  kimi  orda  Azərbaycanın  qanunlarının  işlədiyini  görməmişəm  və  yəqin  ki, belə  getsə  heç  görməyəcəm  də.Nə  etmək  mənim  də  taleyimə  belə  yazılıb  və  mən  Azərbaycan  adlı  qanunları  işləməyən  bir  məmləkətdə  yaşayıram.İldə  azı  iki- üç  dəfə  rayona  doğmalarımı  yoluxmağa  gedirəm, onda  da  problemlə  üzləşirəm. Əsəblərim  pozulur,həmi  maddi, həm  də  mənəvi  ziyana  düşürəm. Mən  və  mənim  kimi  nə  qədər  insan  az  miqdarda  aldığı  maaşı, pensiyanı  boğazından, əyin- başından  kəsib  hansısa  ləyaqətsiz  adamlaramı  verməlidir?!

  Bu  günlərdə  kənddən-  doğmalarımdan  xəbər  gəldi  ki, durma  kəndə  gəl. Nəyə  görə  belə  tələsik  getməyimi  öyrənib, yanvarın  29-da   axşam  saat  8-ə  işləmiş  Bakı  Beynəlxalq  Avtovağzalına  getdim. Bilet  almaq  üçün  birinci  sıradakı  kassaya  yaxınlaşdım. Xəzinadar  xanım  dedi  ki, bu  vaxtlar  ölkə  daxilinə  avtobus  işləmir, amma  saat  8-də  axırıncı  avtobus- Bakı- Tibilis  yola  düşür, onunla  gedin. Ondan  lütvən  bilet  verməsini  xahiş  etdim.Şəmkir  rayonunun  Düyərli  kəndinə  kimi  gedəcəyimi  dedim. Bilet  12  manatdır  dedi. Təkrar  xatırlatdım  ki, mən  ölkədən  çıxmıram, Düyərliyə  kimi  gedirəm, ora  kimidə  bilet  heç  7  manat  deyil, nə  üçün  12  manat?  Etiraz  etdim. Qayıtdı  ki, onda  sürücüylə  razılaşın. Yuxarı  qalxıb  sürücüyə  müracət  etdim, AZ  005-KN  dövlət  nömrə  nişanlı  avtobusun  sürücüsü   xəzinadardan  insaflı  çıxdı,  10  manat  isdədi  və  sürücüyə  də  etirazımı  bildirdim. O  isə  dedi  ki,hara  istəyirsiniz, kimə  istəyirsiniz  deyin, belədir. Kefinizə  baxın. Əlacım  yox  idi, getməliydim.

  Avtobusun  yola  düşməyinə  bir  neçə  dəqiqə  qalmış  bir  nəfər    cavan  oğlan  sərnişinlərə  " M.Trans" MMC-nin  biletlərini  payladı. Bütün  biletlərin  qiyməti  qələmlə  12  manat  yazılmışdı. Bu  nə  üçündü?-deyə  ondan  soruşdum. -Belə  lazımdır,- dedi.

 Şəhərdən  çıxanda  yaşlı  sürücü  avtobusu  yanacaq  doldurmaq  üçün  yanacaq  doldurma  məntəqəsinə  sürdü. Sərnişinlər  haqlı  olaraq  narazılıqlarını  bildirdilər.Sürücü  olan  narazılığa  əhəmiyyət  belə  vermədi. Uzun  səs-küydən   sonra  yola  düşdük. Ucara  təzə  çatmışdıq   ki,  avtobusun  təkəri  buraxdı, yaxınlıqdakı  təkər  təmiri    məntəqəsində  usta  təkəri  dəyişdi. Təxmini  bu  iş

yarım   saatdan   çox  çəkdi.

   Axır ki,  saat  3.30  da  mənzil  başına  çatdıq. Ydıma  bu  yaxınlarda  keçirilən  respublika   konfransında  ölkə    prezidenti   İlham  Əliyevin  məmurlara  tapşırığı  düşdü. Bu  prezidentin  məmurlara  nə  birinci. nə  də  axırıncı  tapşırığı  idi. O. konfransda  üzünü   məmurlara  tutub  dedi  ki, xalqla  yaxşı  rəfdar  edin, onların  şikayət  və  təkliflərinə  diqqətlə  yanaşın. Və  bu  yerdə  özüm- özümə  sual  verdim: - Əcabə,Avtovağlal  rəhbərliyi  prezidentin  tapşırığına  niyə  əməl  etmir, bəlkə  mənəm-mənəmliklə  işləyir?  Elə  sualımı  özümdə  cavablandırdım  ki, bu  belə  olmasaydı, indiyə  kimi  sərnişinlərə  az  da  olsa  qanunu  və  mədəni  xidmət göstərərdilər.

  Bundan  xeyli  qabaq  yenə  kəndə  gedirdim, kassadan  bilet  aldım.Çox  çalışdım biletdə  yazılmış  qiyməti  oxuya  bilmədim. Maraq  üçün  xəzinadara  yaxınlaşıb:-Burda  yazılan  qiyməti  oxumaq  mümkün  deyil. Bunu  bir  az  aydın  yazdırın.-dedim. O, əlimdəki  bileti  alıb  qələmlə  6  manat  neçəsə  qəpik  yazıb  mənə  qaytardı. Mənə  elə  gəlir  ki, respublikada  nəqliyyat  sahəsində  olan  qədər  heç  bir  sahədə   əliəyrilik, qanunsuzluq, vətəndaçlara  hörmətsizlik, sayğısızlıq  yoxdur. Amma  TV-lərə  müsahibə  verəndə  elə  danışırlar  ki,bunlar  aydan  arı, sudan  durudurlar. Mən  sizi  inandırıram  ki, sərnişinlərin  heç  on  fayzına  bilet  satılmır. Pulu  sürücülər  yığır  özü  də  artıqlaması  ilə. Əcabə, onda  xəzinədarlar  kimə  və  nəyə  lazımdı?!

   Mənə  gün  kimi  aydındır  ki, avtovağzal  rəhbərliyi  qabaqkı  şikayətlərim  kimi bunu  da  nəzərə  almayacaq, hətta  yağlı  bir  söyüş  də   söyüb, işlərinə  davam  edəcəklər.Dəyirman  bildiyini  edir, çaxcaq  baş  ağrıdır  məsəli  mənə  şamil  olunacaq.                          

 

 

Məhərrəm  Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam