Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Vəzifəli şəxs rüşvət alarkən yaxalandı

 

Sabirabad rayon sakininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədrinin ondan rüşvət tələb etməsinə dair müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıllb.
"Xeberinfo.com":  Baş Prokurorluqdan verilən məlumata görə, müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xidmətin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədri, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rail Musayev xidməti vəzifəsinin icrası ilə əlaqədar rayon sakininin övladının hərbi xidmətə yararsız hesab olunmasına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsi müqabilində özü üçün tələb etdiyi 500 manat məbləğində pulun 200 manatını 3 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış və R.Musayevə həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam