Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Yol polisi deputatı saxlaya bilərmi?

 

Ötən gün parlamentin yaz sessiyasının ilk iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar İbrahimovun yol polislərinin ünvanına etdiyi çıxış gündəmin əsas mövzusuna çevrilib.

"Xeberinfo.com": Məlumata görə, deputatın zarafatla olsa belə, polisin ünvanına “dana” ifadəsini işlətməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qeyd edək ki, Komitə sədri çıxışında yol polisinin deputatın maşınını saxlamasından, onları tanımamasından və millət vəkillərinə qarşı qeyri-mədəni davranışlarından gileylənib. 

 

Deputatın bu cür çıxışından sonra sual doğuran məsələ yaranıb. Yol polisi millət vəkilinin maşınını saxlaya bilərmi? Millət vəkilinin başqa bir dövlət atributu daşıyan şəxsin ünvanına təhqiredici ifadə işlətməsi nə dərəcədə doğrudur? 

“Qafqazinfo” bu suallara cavab tapmaq üçün iki millət vəkilindən münasibət öyrənib.

Deputat Fazil Mustafa bildirib ki, yol polisi deputatın maşınını saxlaya bilər, amma saxlayandan sonra onunla bağlı hər hansı bir şəkildə inzibati məsuliyyətə cəlb etməklə bağlı protokol tərtib edə bilməz: “Çünki deputata qarşı bu addımların atılması üçün mütləq Milli Məclisin razılığı lazımdır. Yuxarı orqanlar Milli Məclisə müraciət edərlərsə, Milli Məclisin qərarından sonra deputat məsuliyyət daşıya bilər. Deputatın maşınını saxlamaq məsələsində polisi də qınamaq lazım deyil. Yol polisi nömrəni tanımadan maşını saxlaya bilər. Müvafiq sənəd göstərəndən sonra polisin hər hansı bir şəkildə protokol tərtib etməsi qanunvericiliyə uyğun deyil”.

Onun sözlərinə görə, Eldar İbrahimovun səsləndiridiyi ifadə bir qədər emosional vəziyyətdə deyildi: “E. İbrahimov təcrübəli və bir az da ədalətli insandır. Heç vaxt kiminsə qəlbinə dəyəcək ifadə səsləndirməz. Görünür, emosional vəziyyətdə bir qədər sərt ifadə oldu. Bu, şişirdilməsi lazım olmayan bir ifadədir. Sadəcə o, problemə diqqət çəkməyə çalışdı. Problemlər də ondan ibarətdir ki, gərək polislər də müəyyən dərəcədə deputatlara qarşı qanunvericiliyə uyğun şəkildə özlərini aparsınlar. Polislərin çoxu deputatlara mədəni və savadlı davranırlar. Az sayda hazırlıqsız insanlar ola bilir ki, bunları da təlimatlandırmaq lazımdır. Çünki burada söhbət deputatın kimliyindən deyil, qanunvericilikdə nəzərdə tutulan statusdan gedir. O statusa hörmət etmək vacibdir. Təbii ki çıxışın haqlı tərəfləri var və biz də eyni fikirdəyik ki, bütün dövlət orqanlarının təmsilçilərinə statusuna görə münasibət qanunvericiliyə uyğun qaydada olmalıdır”.

Deputat Zahid Oruc isə qeyd edib ki, Eldar İbrahimova çox dəyər verir, parlamentdə təcrübəsinə, ziyalılığına dövlətə və dövlətçiliyə münasibətinə görə hər zaman müsbət münasibəti olub: “Bununla bərabər üç ay bundan əvvəl də parlamentdə yenə millət vəkilləri üçün üstün hüquq tələbi ilə bağlı çağırışlar edilmişdi. O zaman da bir çoxları ayrıca seçilən xüsusi nömrələr vasitəsilə məsələn- “MM” seriyası ilə fərqləndirilməyi təklif edəndə və bunu hər hansı saxlanmadan, qanun pozuntusu halında protokol yazılması tələbindən yayınmaq üçün dilə gətirəndə mən polemikaya qatılmasam da, buna tam qarşı olduğumu onlara bildirmişdim. Məgər, qanun hamı üçün bərabər deyil? Nə üçün biz özümüzə üstün imtiyazlar tələb etməliyik? Sadə vətəndaş görəndə ki, hüquq normasını yaradanlar ilk addımdaca özlərini bunu pozurlar, onda əsil xaos baş verər və heç kəs qanuna itaət göstəməz”.

Deputat vurğulayıb ki, əslində indiki vəziyyətdə bir hüquqi ziddiyyət həll olunmamış qalır: “İnzibati protokol yazılması üçün yalnız məhkəmə qərarı tələb olunursa, belə çıxır ki, bizim toxunulmazlıq statusumuz əsil qəzalara yol aça bilər və yaxud polis orqanları yalnız sadə insanlar üzərində real səlahiyyətə malikdir. Beləliklə, qələm bizim əlimizdədir və öz xeyrimizə etdiyimiz pozuntular digər hakimiyyət orqanlarını da qanunsuzluğa sövq edəcək. Azərsu təmsilçiləri pulsuz su tələbini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri meşələri, torpaq qurumunun təmsilçiləri isə onlara güzəştli yerlər verilməsi tələbini irəli sürəcəklər. Beləliklə, bizim məntiqimiz davam etdirəndə görün hansı mənzərə yaranır.

Bilirəm, belə yanaşma həmkarlarımızın çoxu tərəfindən qəbul olunmayacaq. Lakin vaxtilə alman hökmdarı dəyirmançı ilə məhkəmədə eyni səlahiyyətə malik olduğunu göstərməklə məhz qanunçuluğun qalib gəlməsinə, hər kəsin eyni haqlara malik olduğu qənaətinin təntənəsinə səbəb oldu. Əgər hüququ normaları pozmaq səlahiyyətimiz qanunlaşdırsaq, gərək onda qədim Romadakı kimi dövlətin vətəndaşlara ikili yanaşdığını da nə iləsə əsaslandıraq. Bu yolla gedə bilmərik. Ona görə Konstitusiya Məhkəməsi bu məsələni tənzimləməlidir. Mənim aləmimdə heç bir dövlət, hökumət, o cümlədən məhkəmə və parlament nümayəndələrinin ixtiyarı yoxdur ki, qanunun solundan və ya sağından keçsin. Onsuz da bəllidir ki, parlamant, hökumət üzvlərinə yol polisləri hər zaman güzəştli mövqe tutur. Ancaq bunu qanuna salmaq yanlış olardı”. 

Z. Oruc əlavə edib ki, mövqeyilə həmkarlarından fərqlənmək ehtiyacında deyil, lakin “İclasa gecikirəm, yaxud vacib dövlət tədbirləri var” deyə polisi qanunsuzluğa göz yummağa vadar etmək ətrafa və cəmiyyətə yaxşı nümunə kimi təqdim olunmur: “Adamlar onda ədalətliliyə deyil, imtiyazlara can atacaqlar ki, xilas olsunlar. Ona görə polis orqanlarının üzərinə maşın sürmək və yaxud onları qətlə yetirməyi birmənalı pisləyərək, hamını qanuna dəvət etmək yeganə çıxış yoludur”.

Qeyd edək ki, mövzu ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinə də müraciət etdik. Onlar məsələyə münasibət bildirməkdən imtina etdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam