Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AZƏRBAYCANIN KOSMİK ELMİ və BAZASI XƏYALLARDA YAŞAYIR

 

Tanrı Alçın Şirin-zadə kimi nöyüt elmi kadrını kosmik elmə cox görməsin  

"Xeberinfo.com":  1974-ci ildə Milli Elmlər Akademiyası nəzdində  “XƏZƏR” Elmi Mərkəzi yaradılıb. 1978-ci ildə “XƏZƏR” Elmi Mərkəzində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu (TEKTİ)  təşkil edilib. 1982-ci ildə isə İnstitut  SSRİ Baş Kosmos İdarəsi nəzdində Kosmik Tədqiqatların Elm İstehsalat Birliyinə çevrilib. Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra Kosmik  Tədqiqatlar Elm İstehsalat Birliyinin bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) yaranıb.

Birliyin əsasını görkəmli alim, Azərbaycanda kosmos elminin yaradıcısı, dövlət xadimi Tofiq Kazım oğlu İsmayılov (1933-1991)  qoyub. Ömrünün son ilində T.K.İsmayılov müstəqil Azərbaycan Respublikasının ilk Dövlət Katibi seçilib. Elə bu vəzifədə olarkən T.K.İsmayılov 2001-ci il noyabr ayının 21-də Qarabağda sülh missiyasını həyata kecirərkən  həlak olub.

Bu fədakər insanın həlakından sonra və yenicə ayaq tutan respublikanın iqtisadi cəhətdən zəif olması səbəbindən Agentlikdə inkişaf olmamış, həmin sahədə çalışan alimlərin vəzifələrindən yayınması halları sürətlənmişdi.

AMAKA-nın iflasa uğramasının-daha doğrusu darmadağın olmasının səbəbləri çox olub. 1992-ci ildə müstəqil surətdə fəaliyyətə başlayan AMAKA 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma Komitəsinin, 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının, 2006-cı ilin sentyabr ayından isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Tarixlərdən göründüyü kimi əvəzi olmayan bu Agentliyin uşaq kor babasının əlindən tutub qapı-qapı gəzdirilən kimi yüksək salihiyyət sahiblərinin şəxsi maraqları naminə-ərazisini alverçi yuvasına çevirmək, baş direkrtor vəzifəsinə hansı təcrübə və səviyyə sahibi olmasından asılı olmayaraq üzüyola, para alıb verməyə yararlı yaramazın birisini təyin etmək üçün tabeliyini tez-tez dəyişdiriblər. Agentliyi idarə etməyi bacaran elmi kadrı-Rüstəm Baloğlan Rüstəmovu da görmək istəməyiblər.   

 Vəziyyət o yerə gəlib çıxmışdı ki, Agentliyə kosmik idarəçilikdən xəbərsiz, ancaq kommersiya işlərindən baş açan Əflatun Həsənovu Azərbaycan MEA 23.04. 2003-cü il tarixdə baş direktor vəzifəsinə təyin edib. AMAKA MSN tabeliyinə keçəndən sonra 08.01. 2007-ci tarixdə nöyüt (neft) elmləri doktoru Alçın Şirin-zadəni Agentliyə baş direktor vəzifəsinə təyin edilib.Yaxşı deyiblər:”Çulumu çula dəyişirdimsə onda çulumun eybi nəydi”. Alçınla Əflatunun fərqi nədəydi ki?

Belə bir “şərəfli” təyinatdan sonra 12.05.2007-ci il tarixdə “Müxalifət” adında qəzetə üz tutdum. Baş redaktor yazdıqlarımı özünün dediyi kimi “emal” edərək böyük ixtisarla dərc etdi. 22 noyabr 2008-ci il tarixdə həmin qəzetdə Ramin Hacızadə adında bir nəfər “Vətən qəbristanlıq deyil axırı... “ publisistik məqaləsi ilə xanım kimi əzilə-əzilə “Mən Lütfizadə şəxsiyyətinin istənilən halda müzakirəsinin əleyinə olanlardanam” yazaraq məqaləsinin  4-cü sütununda belə bir fikir yürütmüşdü: “...Rusiya Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri,  gerçək bir dahi kosmik alim və nəhayət, həmyerlimiz Kərim Kərimov keçmiş SSRİ-nin son 20 ilində və müasir Rusiya kosmonavtikasının ən böyük ismi və rəhbəri olduğu sürəcdə Azərbaycan üçün  nəylə yadda qaldı? Cox asanlıqla nüfuzundan azacıq xərcləyib rəhbərlik etdiyi nəhəng institutun sadəcə bir bölməsini Bakıda yaratmaqla ilk növbədə  vətəninin dünya kosmos evinin bir otağına çevirə və bəlkə də bununla təkcə yer altından çıxan sərvətilə deyil, həm də güclü elmi potensialına imza atmış olardı. Amma o, bunu etmədi, yaxud  heç bu barədə düşünmədi”.  Bax bu fikri ilə R. Haçızadə mənəvi korluğunu sübuta yetiribdir. O, Tofiq Kazım o. İsmayılov kimi nəhəgi, onun yaratdığı Azərbaycan Milli AeroKosmik Agentliyini, Təbii Ehtiyatların Komik Tədqiqi İnstitutunu... görə bilməmiş, K.Kərimov Heydər Əliyevin qəbulunda olarkən Azərbaycanda kosmik elmin inkişafı üçün məsləhətlərini eşitməkdən məhrum olmuşdu.Heç şübhə yeri qalmır ki, T.K.İsmayılovu unutdurmağa çalışan səlahiyyət sahiblərinin təsir dairəsinə düşüb, yaxud düşməyib mənliyini itirən raminlər mənəvi korluqları, alçınlar və onun arxasında dayananlar yaramaz fəaliyyətləri ilə T.K.İsmayılovu kosmik elmin tarixindən silə bilməyəcəklər.

Mən rəsmi məktubla redaktorun qəbulunda olub Rəmin tərəfdən respublikada kosmik elm haqqında məntiqsiz yazılmış yazının dərc edilməsinin xoşa gəlməz olduğını onun nəzərinə catdırdım. Redaktor məni yaxşı tanıyırdı. Cavab verdi ki, səhv eləmişəm. Bu heç də səhv deyildi. Bu məqalə ilə səhv etdirənlərin şəxsi maraqları dururdu...  

Agentlik haqqında çıxışlarımda toxunmadığım bir cəhəti indi acıb göstərməyi vacib hesab edirəm. Ömrünü elmə həsr edən, kosmik elm sahəsidə çalışıb, ingilis dilli  bir bəyim də axırda Agentliyi tərg etdi. Bununla da kosmik elmdən xəbərdar olan elm insanı qalmadı. O, fizika riyaziyyat elmləri namizədi elmi titulunu Azad Mirzəcanzadə kimi əjdahadan aldığı halda, müasir dönəmdə zibilkdə kök atmış elmlər doktoru titulunu ona cox gördülər. Mən həmin qıza kicik həcmli iki poema həzr etsəm də adını kitabımda göstərməmişəm.”Elm üzüyü” adlandırdığım həmin qıza həsr etdiyim son poemadan 12 misra belədir:

Fitnəyə, hiyləyə tuş gələr deyə, İsmini şeirdə yaza bimədim,

O, Ulu Tarıya xoş gələr deyə, Rəsmini kitabda dana bilmədim.

Qəsdinə can qoyub aqil bəndənin,Dilənci xislətli başda üzülmüş.

İşinə pəl vurub kamil bəndənin, Erməni xilqətli sonda, cürümüş.

Səxavət közərdib “Dəli ceyran”ı, Gələcək nəsilə yadigar olsun,

Kainat göndərib elmi ceyranı, Gələcək fatehə elmi yar olsun.

(Beşinci kitabımda onun fotosu verilib)

Agentlikdə yüksək vəzifələrdə işləyib kosmik elm sahəsində anlamaz olduqlarından və bu qızın onlardan üstün olduğu üçün həqiqi erməni xislətlilər birləşib onun doktorluq dissertasiyasını ləğv etdirdilər.

Nöyütçü alim A. Şirin-zadə dəstəsi ilə birlikdə 8 ildir MAKA-sını dünyada analoqu olmayan ictimai təminat idarəsinin xüsusi formasına çeviribdir. Təyinatına İşləmə, qazanma, büdcədən sök  ye.

Azərbaycan Milli Aerokosmik Agentliyinin başına gətirilən yaramazlıqlar haqqında “Azərbaycanda kosmik texnologiyanın tarixi” kitabımda, və ”DAYAQ” adlı sənədli povestimdə (həmin povest “Xəbərinfo.com” saytı vasitəsilə cari ilin yanvar ayı ərzində yayımlanmış və 7 min nəfərdən çox oxucu tərəfindən mütaliə edilmişdir) ətraflı məlumat verildiyindən təkrarlamalara yol verməyib  son araşdırmalarımı davam etdirirəm.

4 noyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”  sərəncam verildi. Həmin sərəncam veriləndən 4 il 95 gün keçəndən sonra “Azərspase-1” 8 fevral 2013-cü il tarixdə Bakı vaxtı ilə saat 1.36 radələrində Cənubi Amerikada yerləşən Fransız Qvianası kosmik mərkəzinin Kuru kosmodromundan Fransanın Arianespase şirkətinin Ariane-5 raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə cıxarılıb. Təyin olunan vaxtda-startdan 34 dəqiqə sonra kosmik  aparat raketin gövdəsindən ayrılıb. Peykin çəkisi 3 ton 250 kq olub. Peykimizin buraxılması, uğurlu uçuşu və bu qələbənin reallaşmasında bilavasitə  tam xidməti olan Respublika Prezitentinə 30 mart 2013-cü tarixdə mətbuatda çıxış edərək uğurlar arzuladım.

20 yanvar 2015-ci tarixdə “Olaylar.az” saytı yazır: “Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisi üçün mühüm sənəd.

Fransanın” Areva” şirkəti “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC üçün Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisi layihəsinin texniki iqtisadi əsaslandırılmasını (TİƏ) hazırlayır. QSC-nin rəhbəri Adil Qurbanovun sözlərinə görə bu yaxınlarda sterilizasiya qurğusunun işə salınması barədə qərar qəbul edilib. Qurğunu  bu ilin birinci yarısında işə salınması planlaşdırılır. Qarşıda qoyulan tapşırıqların həlli üçün 2015-ci ildə iki milyon manat vəsait ayrılıb.

Yaxın vaxtlarda Azərbaycana sterilizasiya qurğusunun işi üçün lazım olan izitop mənbələri gətiriləcək. Tədqiqat reaktorunun tikintisi üşün 15 ha torpaq sahəsi ayrılıb.Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA)  Azərbaycan “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin iki layihəsini təsdiq edib.

Bir müddət əvvəl baxılmaq üçün BAEA-ya təqdim edilən layihələr 2015-2018 və 2016-2018-ci illəri əhatə edir. Layihələrdən hər birinin dəyəri 400-500 min avro həcmində qiymətləndirilir və onlar əsasən sahə üzrə kadrların hazırlanmasına yönəlib.

Nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə məqsədilə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC dövlət başçısının 2014-cü il 8 may tarixli sərəncamı ilə yaradılıb”.

İstər “Azərspase-1” sünü peykimizin, istərsə də “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin yaradılması Azərbaycan Respublikası Prezidentinin uzaq görənliyinin nəticəsidir və o faktlarla sübuta yetirilir.

Mənim  əlavə olaraq diqqətimi cəlb edən isə “MNTM”də kadrların hazırlanması məsələsidir. Bəli, yüksək keyfiyyətli kadr olmadan köklü məsələləri həll etmək mümkün deyi.

Ümid edirəm ki, Bakı kimi nəhənk şəhəri tam yenidən tikib qurmağı, respublikanın maliyyəsinin neftdən asılılığını azaltmaq üçün   dünya bazarına rəqabətə davamlı bir sıra məhsullar çıxarmağı, hüdüdsuz maliyyə vəsaiti tələb edən yeni məktəblərin, yeraltl-yerüstü yolların, metro xətlərinin inşaasına və yeni növ silahların ixtirasına şərait yaratmağı, 55 milyard dollar həcmində strateji valyuta  və on tonlarla yerli qızıl ehtiyatlarl toplamağı, Avropa İttifaqını,  ABŞ-nı öz dillərilə və özünə məxsus siyasətiylə yerində oturtmağı,  avro və dolları zəncirləməyibacaran və respublikada reytinqi 90 % olan İLHAM HEYDƏR oğlu alçınların anlamazlıqları və məsəbpərəstlikləri səbəblərindən tam elmi təyinatından yayındırılaraq dünya kosmik elmində nüfuzunu itirmiş və Beynəlxalq Astronavtika Fedarasiyası ilə əlaqəli işləməkdən məhrum olan Azərbaycan Milli Aerokosmik Agantliyində əsaslı kadr islahatı keçirərək onun şöhrətini özünə  qaytaracaq və müstəqil fəaliyyət göstərməsinə şərait yaradacaqdır.                   

 

fevral 2015-ci il

 

 

                                                                                                                      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam