Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Banklar prezidentin tapşırığına əməl edirmi?

 

Ekspertlər bildirirlər ki, kommersiya bankları real sektoru maliyyələşdirməkdə maraqlı görünmür, bəzi banklar isə tapşırıqdan nəticə çıxardıqlarını bildirir


"Xeberinfo.com":  Məlumata görə, Dövlət başçısı İlham Əliyevin banklardan gözlədiyi addım onların biznes kreditlərinə daha çox vəsait ayırmasıdır. Qeyd edək ki, prezident banklara sonuncu müşavirədə etdiyi iradı bir müddət öncə də etmişdi. 

Ancaq görünən odur ki, banklar iradlardan nəticə çıxarmır. Ekspertlər isə bildirirlər ki, bankların istehsalın uzunmüddətli sferasına kredit verməməsinin səbəbini bu sahədə risklərin yüksək səviyyədə olmasıdır. 

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, hələ də real sektora yönəldilən kreditlərin həcmi ümumi kredit portfelində aşağı olaraq qalmaqdadır: “Ölkə başçısının kommersiya banklarının real sektoru daha çox maliyyələşdirməsi ilə bağlı qeydlərinə gəldikdə isə, o, 2014-cü ildə də bu məsələyə toxunmuşdu. İndiki halda kommersiya banklarının real sektoru daha çox maliyyələşdirməsi vacibdir. Çünki nəzərə alsaq ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda investisiya xərclərinin azalacağı proqnozlaşdırılır və həmin fərqin kommersiya bankları tərəfindən ödənilməsinə və ya kompensasiya edilməsinə ehtiyac var. Amma təəssüf ki, kommersiya bankları real sektoru maliyyələşdirməkdə maraqlı deyillər. Əvvəla, istehlak kreditləri üçün faiz dərəcələri yüksək olduğu üçün bunda banklar maraqlıdır. Həmçinin real sektorda girovlarla bağlı problemlər var, kommersiya bankları girovlar olmadan vəsait, kredit verməkdə maraqlı deyillər. Rayonlarda isə cəlb edilən girovun təxminən 60 faizi həcmində kredit verilir. Daha böyük məbləğli kreditlər üçün daha bahalı girovların cəlb edilməsinə ehtiyac var. Bu da əksər hallarda real sektor üçün problemlər yaradır”. 

V.Bayramov kommersiya banklarını stimullaşdıracaq təkliflərin də olduğunu vurğulayır: “Təşviqedici tədbirlərin həyata keçirilməsinə ehtiyac var.   

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, əslində istehlak kreditləri dünyanın hər yerində banklar üçün prioritet və çox gəlir gətirə biləcək kredit növünə aid olunur: “Müddəti çox qısa, faizlər yüksək olur, tələbat olur və insanlar öz gündəlik məişət həyatlarını yaxşılaşdırmaq üçün istehlak kreditlərini götürməkdə maraqlı olurlar. Biznes kreditləri isə uzunmüddətli kreditlər hesab olunur. Bəzən işə başlayarkən bir neçə il gözləmək lazımdır ki, həmin sahə -  istehsal sahəsi gəlir gətirməyə başlasın və kreditlərin ödənilməsinə başlanılsın. Bu, uzunmüddətli biznes kreditlərinin verilməsində maraq yaratmır. İstehlak kreditləri qısamüddətli və gəlirli olduğundan, banklar buna meyllənirlər. Ona görə də dünyanın bir çox ölkələrində təşviq proqramları vasitəsilə tənzimlənir ki, banklarda da maraq yaransın, biznes çevrələrində də. Sahibkarlar bu təşviq proqramlarından, dövlətin dəstəyindən istifadə edərək uzunmüddətli və aşağı faizli kreditlər götürsünlər. Ona görə də Azərbaycanda məhz bununla bağlı problem yaşanır. Uzunmüddətli kreditlərə banklarda maraq yoxdur. Çünki biznes sahəsində çalışanların da buna ciddi marağı yoxdur. Faizlər həddindən artıq yüksəkdir. Son açıqlanan rəqəmlərə görə, uzunmüddətli istehsala sərf olunan kreditlər ortalama 10-12 faiz civarındadır. Bu, çox yüksək faizdir və istehsala başlamaq və yaxud da biznes açmaq istəyən hər hansı bir iş adamı bu yüksək faizlərlə uzunmüddətli kredit götürərkən əksər vaxt gəlirə çıxma zamanı çox vaxt ziyana düşür. Ona görə də biznes çevrələrində də belə kreditlərə maraq çox olmur. Bunu köklü şəkildə dəyişmək üçün bank sferasında olan problemlərin həll olunması kifayət etmir. Yəni faiz aşağı çəkilsə belə, bəzi ciddi problemlər var ki, onlar da müvafiq olaraq həll olunmalıdır ki, iş, biznes çevrələrində maraq daha da artsın. Bunlar inhisarçılıqla bağlı problemlərdir, korrupsiya ilə bağlı problemlərdir, onlar çox ciddi şəkildə bazara müqavimət göstərir. Bütün bu kompleks problemlər təbii ki, Azərbaycanda biznes kreditlərinin çox aşağı səviyyədə olmasına gətirib çıxarır. Bu isə qeyri-neft sektorunun inkişafı üçün seçilmiş hədəflərə çatmaqda ciddi problem yaradır”.

Bəzi banklar isə dövlət başçısının çıxışından nəticə çıxarıb. “Bank Respublika”nın ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən açıqlamada bildirilib ki, dövlət başçısının həmin çıxışı diqqətlə izlənilib və təhlil edilib: “Bizim bankın mahiyyəti ondan ibarətdir ki, biznes kreditlərinin artırılmasına önəm veririk. Bu çıxışdan sonra həmin istiqamətdə işlər genişlənib”.

“Unibank”ın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə isə, bu il bank biznes layihələrinə diqqəti artıracaq: “Dövlət başçısının banklar qarşısında qoyduğu tapşırıqlarına əsasən, “Unibank” hələ ötən ildən biznes kreditlərinin həcmini artırıb. Bankın illik göstəricilərində də bu artım diqqəti çəkir. 2014-cü ildə bankın yalnız sahibkarlara xidmət edən ixtisaslaşmış 1 biznes filialı açılıb. Digər 2 filialı isə yalnız biznes kreditləri üzrə ixtisaslaşıb. İl ərzində verilən biznes kreditləri 50 milyon manatdan çox artib. “Unibank”ın biznes kreditləri portfeli 2014-cü ildə 2013-cü illə müqayisədə 37 faiz və ya 50,4 milyon manat artaraq təxminən 188 milyon manata çatıb. Bankın sənaye sektoruna ayırdığı kreditlər 1,7 dəfə, kənd təsərrüfatına verdiyi kreditlər 53,4 faiz, ticarət və xidmətə verdiyi kreditlər isə 29,6 faiz artıb. 2015-ci il ərzində də “Unibank” biznes layihələrinin dəstəklənməsinə diqqəti daha da artıracaq”. 

“Accessbank”, “Bank of Azerbaijan”, “Bank of Baku”dan isə sualımızı cavablandırmadılar. 

Əksər ekspertlər bildirirlər ki, istehlak kreditlərinə üstünlük verən banklardan prezidentin daha bir tələbi də var. Bu tələb isə bankların şəhər və rayonlarda layihələrə qoyduqları vəsaitlərin həcminin ictimaiyyətə açıqlanmasıdır. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği artıb. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib.

Ekspertlərə görə, ölkədə verilən kreditlər istehsalı dəstəkləməyə qadir deyil. Bir neçə il qabaq ümumi kredit səbətində istehlak kreditlərinin payı 26-27 faiz ətrafında dəyişirdisə, keçən il 37-38 faizə qalxmışdı. Hazırda isə 41 faiz ətrafında dəyişir. 

Ekspertlər qeyd edirlər ki, ölkənin əsas banklarının biznes kreditləri verməyə imkanı yoxdur. Çünki biznes kreditləşdirilməsi üçün çox böyük vəsaitlər lazımdır. Bankların isə kütləvi şəkildə bu vəsaitləri verməyə imkanı yoxdur. Ölkədə kommersiya bankları ucuz resurslar tapa bilmədiklərinə görə faiz dərəcəsi aşağı, müddəti uzun olan bu kreditləri verə bilmirlər. Kommersiya banklarında kredit dərəcələrinin yüksək olmasının səbəbləri var. 

Əsas səbəb bankların cəlb etdiyi resursların dərəcəsinin yüksək olması ilə bağlıdır. Bankların əsas kredit mənbəyi fiziki şəxslərin depozitləri, yəni əhalinin əmanətləridir. Depozitlərin dərəcəsi yüksək olması kredit dərəcələrini də yüksək edir. (musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam