Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Qiymət artımı istehlakı azaldacaq“

 

Azərbaycanda spirtli içkilər, şampan şərabları, adi şərablar, eləcə də siqaretlər, siqarlar və digər tütün məmulatları bahalaşacaq


"Xeberinfo.com":  Məlumata görə, bu məhsulların bahalaşmasına səbəb isə aksiz vergilərin artırılmasıdır. 

Aksiz vergilərinin artırılması zərurəti və bunun ölkədə başlada biləcəyi iqtisadi proseslər barədə Musavat.com-a danışan iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, aksiz markaların qiymətinin artırılması təbii olaraq spirt və tütün məhsullarının qiymətlərinin artımına gətirib çıxarır: "Satış məntəqələrində, mağazalarda siqaret və spirtli içkilərin qiyməti artacaq. Qiymət artımı restoranlarda da özünü göstərəcək".


İqtisadçı ekspert deyib: "Yanvar ayından etibarən bir sıra aksiz markalarında artım müşahidə edilir. Buna səbəb isə neftin qiymətinin aşağı düşməsidir. Neftin qiymətinin düşməsi büdcəyə daxilolmaların azalmasına gətirib çıxaracaq. Həmin xərcin ödənməsi üçün indiki halda dövlətin tətbiq etdiyi əsas vasitə aksiz vergilərin artırılması ilə bağlı qərar qəbul etməkdir. Spirtli içkilərin qiyməti aşağıdır. Bunun üçün də həmin içkilərə təlabat artır. Qiymətin artması spirtli içkilərin istehlakının azalmasına gətirib çıxarır. 

Spirt və siqaretin ziyanını nəzərə alsaq bu birmənalı şəkildə arzuolunandır. Qiymətin artması istehlakın azalmasına gətirib çıxaracaq. 

Aksiz vergilərin artırılması digər məhsulların qiymətində artıma gətirib çıxarmayacaq. Amma spirtli içkilərdən istifadə edənlər qiymət artımını restoranlarda da hiss edəcək.

Spirtli içki, siqaret istifadə edənlərin xərclərində artım olacaq, lakin tütün və spirt məhsullarını istifadə etməyənlərin xərclərində dəyişiklik olmayacaq". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam