Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Prezident dostları ilə görüşməkdən imtina edir”

 

Rusiya prezidenti öz yaxın ətrafını xüsusi xidmət orqanlarından və müdafiə nazirindən ibarət kiçik bir qrup səviyyəsinə qədər daraldıb

"Xeberinfo.com":  Məlumata görə, Rusiya prezidenti Vladimir Putin, onun apardığı indiki Ukrayna siyasətindən narazı qalan özünə yaxın biznesmenlərdən yaxa qurtararaq, ətrafını ixtisara salmağa başlayıb. “Bloomberg”in məlumatına görə, bunu adının anonim qalmasını istəyən və Rusiya prezidentinə yaxın olmuş şəxslərdən biri deyib.

Hazırda Putinin yaxın müttəfiqləri arasında Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkov və müdafiə naziri Sergey Şoyqu qalıblar. Vladimir Putin öz hərəkətləri ilə Berlindən tutmuş Vaşınqtonadək olan dünya liderlərini qıçıqlandırmaqla yanaşı, Ukrayna münaqişəsinə son qoyulmasını ondan xahiş edən bir neçə varlı dostlarının da sözlərinə əhəmiyyət vermir. Putin Ukrayna böhranında kompromis tərəfdarı olmayan az bir qrup istisna olmaqla, digərləri ilə münasibət qurmaqdan imtina edir.

Rublun dollar qarşısında geriləməsi və Putinin Ukraynadakı separatçı yaraqlıları müdafiə etməsi, onun ən varlı tərəfdarlarının narazılığına səbəb olub və elə məhz buna görə də Rusiya prezidenti öz yaxın ətrafını xüsusi xidmət orqanlarından və müdafiə nazirindən ibarət kiçik bir qrup səviyyəsinə qədər daraldıb.

Ukraynanın keçmiş prezidentinin 2014-cü ilin fevralında öz ölkəsini tərk etməyə məcbur olmasından sonra, Putin xarici siyasətlə daha çox məşğul olmağa başlayıb. Rusiya iqtisadiyyatının inkişaf tempinin geriləməsinin qarşısını almağa cəhd göstərməyə can atan nazirlər və digər məmurlar şikayətlənirlər ki, vəziyyətdən çıxış yolu barəsindəki öz planlarını prezidentə təqdim etmək üçün aylarla gözləməli olublar.

3(26)

İndi Putinin vəziyyəti çox mürəkkəbdir. O, həm “liberallar” və həm də ki, “şahinlər” tərəfindən tənqid olunur. Kremldə əyləşənlərin bir çoxu hesab edir ki, Rusiya daha sərt mövqe tutmalıdır. Hazırda Putinin populyarlıq reytinqi çox yüksəkdir. Neftin qiymətinin aşağıya düşməsi və irəlidə baş verəcək iqtisadi tənəzzül təhlükəsi, Kremlin iki keçmiş məmurunu Ukraynadakı böhrana son qoyulması ilə bağlı prezident Putinə açıq müraciət etməyə təhrik edib. Ölkədəki bütün kütləvi informasiya vasitələri üzərində Kremlin total nəzarəti altında prezidentə açıq şəkildə müraciət olunması nadir bir nümunədir.

Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov “Rossiyskaya qazeta”da məqələ ilə çıxış edərək xəbərdarlıq edib ki, aparılan siyasət nəticəsində rusiyalılar öz böyük dövlətlərini itirə bilərlər və bu təhlükəni nəzərə alıb, ölkənin dünyadan təcrid olunmasına son qoymaq lazımdır. Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin dekabr ayında bildirmişdi ki, əgər Moskva ABŞ və Avropa ilə əlaqələri bərpa etməzsə, onda ölkədə hərtərəfli iqtisadi böhran başlayacaq. Bu cür şərhlərlə tanınmış politoloq Qleb Pavlovski də çıxış edərək, nümayişkəranə şəkildə deyib: ”Hakimiyyətin yuxarı eşalonunda bir qrup adam var ki, onlar özlərini maliyyə itkilərindən qorumağa cəhd göstərirlər. Onların Putinə tənqidi yanaşmalarına baxmayaraq, ona qarşı çıxa bilmirlər. Çünki prezident onların etirazlarını çox asanlıqla yatırar”.

5509595

Keçən il ən varlı 23 rusiyalının sərmayəsi ümumən 61 milyard dollar həcmində azalıb. Biznesmenlər arasında sanksiyalardan ən çox ziyan çəkənlər Gennadi Timçenko, Boris və Arkadiy Rotenberq qardaşları olub. Rusiya prezidentinin mətbuar katibi Dmitriy Peskov “Bloomberq”ın telefon vasitəsi ilə verdiyi suala cavabında deyib ki, Ukrayna siyasətinə görə Putinin ətrafındakıların narazı olması barəsində heç nə bilmir. Biznesmen Gennadi Timçenkonun mətbuat xidmeti isə Putinin Ukrayna siyasətinə dair movqeyini şərh etməkdən boyun qaçırıb.
Anonim mənbənin fikrinə görə, Putinə yaxın olan biznesmenlər prezident qarşısında borclu olduqlarını yaxşı anlayırlar və buna görə də açıq şəkildə onu tənqid etməyəcəklər və bu biznesmənlər qətiyyən istəməzlər ki, Putinin şəxsi ambisiyası onların var-dövlətini dağıtsın.

Nə vaxtsa Putinin yaxın dostları sırasına daxil olmuş keçmiş milyarder və “Mejprombank”-ın əski rəhbəri Sergey Puqaçovun sözlərinə görə, prezident onu müdafiə etmiş biznesmen və məmurların mövqelərini zəiflətmək məqsədi ilə elitanı təmizləmək qərarına gəlib. Puqaçov hesab edir ki, Putin onu satıb. Beləki, onun fikrinə görə, Rusiya prezidenti keçən ilin may ayında, 2000-ci ildən Rusiya prezidentinin işlər müdiri işləmiş Vladimir Kojini işdən çıxarmaqla, siyasi fiqurları şahmat taxtasından götürməyə başlayıb. Sergey Puqaçov deyib: ”Bu gün şəxsi dostluq və etibarlılığın heç bir mənası yoxdur. Əgər Putini Rusiya əhalisinin 85%-i müdafiə edirsə, dostlar onun nəyinə gərəkdir.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam