Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Meyitlər mənim maşınımda olmayıb”

 

“Mən maşınımı hələ bir neçə il əvvəl baş etibarnamə ilə satmışam. Həmin maşının indiki sahibi ilə hətta heç tanış da deyiləm

Bundan əlavə, mən heç Bakıda da yaşamıram. Bütün Azərbaycan bilir ki, bizim ailə həmişə Balakəndə yaşayıb. İndi də orada yaşayır. Mənim Bakının Xətai rayonunda qarajım da yoxdur”.
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri virtualaz.org saytına açıqlamasında məşhur siyasi xadim, mərhum deputat Əli Ansuxskinin oğlu Əbdülqadir Ansuxski deyib.
Əbdülqadir Ansuxski bu gün özü barədə yayılan yoxlanılmamış məlumatlardan təəssüfləndiyini də bildirib: “Sizin sayt vasitəsilə ölkənin bütün kütləvi informasiya vasitələrinə müraciət və xahiş edirəm ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, jurnalist etikasına əməl etsinlər".
Qeyd edək ki, bu gün lent.az saytı və digər KİV-lər Xətai rayonu, Gəncə prospekti, 2 ünvanının qarşısındakı dəmir qarajda “Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif qızının meyitinin tapılması barədə məlumat yayıb. Xəbərdə deyilir ki, hər iki şəxsin meyiti tapılarkən onlar yarıçılpaq vəziyyətdə olub, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub. M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qaraja avtomobillə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası hava çəkməyib və yaranmış dəm qazı maşının içinə dolub.
Sayt bildirib ki, hadisənin baş verdiyi avtomobil paytaxt sakini Ansuxski Əbdülqədir Əli oğluna məxsus olub. O da qeyd edilib ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Əbdülqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğludur.
Əbdülqədir Ansuxski isə virtualaz.org saytı vasitəsilə bu informasiyanı təkzib edir və mediadan diqqətli olmağı xahiş edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam