Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Salyanın xəstəxanasının acınacaqlı vəziyyəti

 

Əsaslı təmir olunan doğum evi bu haldadır

 

"Xeberinfo.com":  Məlumata görə, Salyan rayon Mərkəzi Xəstəxanasının nəzdində yerləşən Doğum evi və mamalıq şöbəsinin acınacaqlı vəziyyətdə olduğunu göstərən foto yayılıb.
Axar.az xəbər verir ki, fotonu Feysbuk sosial şəbəkəsində “Salyan is the first” səhifəsi bu başlıqla paylaşıb: “Körpələrin dünyaya göz açdığı məkan... Salyan Doğum evi. Halbuki, bir körpə 300-500 manata başa gəlir. Hələ əlavələri demirik...”
Salyan rayon Mərkəzi Xəstəxanasının Doğum evi və mamalıq şöbəsindən çəkildiyi iddia edilən fotoda çirkli vəziyyətdə olan otaqların təmirsiz və istifadəyə yararsız olduğu görünür.
Xatırladaq ki, Salyan Mərkəzi Xəstəxanasının hazırda yerləşdiyi bina 1972-ci ildə istifadəyə verilib, 6 il əvvəl - 2008-ci ildə isə əsaslı təmir olunub. Xəstəxana 248 çarpayılılıq 9 şöbədən (Qəbul şöbəsi, Terapiya şöbəsi – 50 çarpayılıq, Cərrahiyyə şöbəsi – 30 çarpayılıq, Yoluxucu xəstəliklər şöbəsi – 20 çarpayılıq, Anestezioloq-Reanimasiya şöbəsi – 18 çarpayılıq, Kardioloji şöbə – 30 çarpayılıq, Doğum evi və mamalıq şöbəsi – 50 çarpayılıq, Oftalmoloji şöbə – 15 çarpayılıq) ibarətdir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam