Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Milli Məclis cəza orqanı deyil"

 

Millət vəkili Fazil Mustafaya qarşı irəli sürülən ittihamların ardı-arası kəsilmir. Onun Babək, Azərbaycan dövlətçiliyinin yaranması barərdə dediyi fikilər xeyli səs-küyə səbəb olaraq müzakirə obyektinə çevrilməkdədir.
"Xeberinfo.com":  Məlumata görə, aralarında millət vəkili olmaqla bir neçə ziyalı və tanınmış şəxslər də Fazil Mustafanın fikirlərini tənqidlə qarşılayıb. Bu günlərdə hüquq müdafiəçisi Mehman Muradlının bu barədə parlament sədrinə ünvanladığı müraciət isə məsələnin hələ də səngimədiyindən xəbər verir. Hüquq müdafiəçisi ünvanladığı müraciətdə millət vəkili Fazil Mustafa haqqında Milli Məclisin İntizam Komitəsində müzakirə edilməsini və Milli Məclisin plenar iclasında ona xəbərdarlıq edilməsini tələb etmişdi. 
Bəs parlament tərəfindən millət vəkilinə qarşı hansısa inzibati tədbir reaksiyası oldumu?
Məsələ ilə bağlı Fazil Mustafa “Yeni Müsavat”ın əməkdaşına açıqlama verib. Onun sözlərinə görə, millət vəkilini hansısa fikrinə görə parlament tərəfindən tənbeh edilməsi qanunvericiliyə ziddir:
“Milli Məclis cəza orqanı deyil ki... Parlament fərqli fikirlərin səslendirilməsi üçündür. Kim bizə deyə bilər ki, niyə doğru fikirlərinizi dilə gətirirsiniz? Bu cür suallar belə demokratik düşüncəyə uyğun gəlməz.
Məni tarixə fərqli baxışıma görə tənbeh etmək sadəcə savadsızlıq olardı. Bu məsələlər Milli Məclisdə deyil, elmi müstəvidə çözülür. Digər tərəfdən, aldığım məlumata görə Milli Məclisə müraciət edən şəxs dələduzluqda ittiham olunur və barəsində cinayət işi açılıb. Tam əminliklə söyləyirəm ki, məni normal insanlar tənqid edə bilərlər, ancaq ittiham edənlərin əksəriyyətinin dələduzlar olduğu yaxın günlərdə hamıya aydın olacaq”.
Qeyd edək ki, bu günlərdə millət vəkili Fazil Mustafa sosial şəbəkələrin birində status yazaraq qeyd etmişdi ki, onu təhqir edənlərə qarşı ciddi tədbir görəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam