Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“ASAN könüllüləri” Binəqədidə təcrübə keçməyə başlayıb

 

Yanvar ayının 19-da Binəqədi Rayon İcra Hakimiyyətində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin üzvləri ilə görüş keçirilmişdir.

"Xeberinfo.com":  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladıqları işdə uğurlar arzulamışdır. RİH başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışmış, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirmişdir.

X.İsgəndərov  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğulamışdır. Çıxışda dekabr ayının 16-da ASAN Könüllülərinin I Ümumrespublika Forumunun keçirilməsi və Prezident İlham Əliyevin tədbirdəki çıxışının öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimul yaratdığı xüsusi qeyd edilmişdir.

Görüşdə çıxış edən “ASAN xidmət” mərkəzinin İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev “ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçəcəyi iş təcrübəsini yerli icra hakimiyyətləri ilə ilk əməkdaşlıq olduğunu bildirmişdir.

Görüşdən sonra könüllü gənclər Binəqədi RİH başçısı Aparatının və YAP Binəqədi rayon təşkilatının inzibati binaları ilə tanış olmuşlar.

 

Yanvar ayının 21-dən etibarən 13 nəfər gəncdən ibarət  “ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq aidiyyəti şöbələr üzrə bölüşdürülmüşlər.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam