Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Park Cinema”dan deputatın iddiasına cavab

 

“Park Cinema”da “20 Yanvar Hüzn Günü” komediya filmlərinin nümayiş etdirilməsilə bağlı deputat Fuad Muradovun tənqidinə Kinoteatrlar Şəbəkəsinin direktoru Namiq Quliyev cavab verib. 

 

"Xeberinfo.com":  Məlumata görə, Namiq Quliyev bu cür yayılan xəbərlərə təəssüfləndiyini bildirib:

“Şəhidlərimizə, dövlətimizin müstəqilliyi ugrunda canından keçən insanlara hörmətsizlik haqda yayılan xəbərlər bizi təəssüfləndirir. Çünki, “Park Cinema” həmişə bu məqamlara xüsusi diqqət yetirirb. 20 Yanvar günü bütün ümumxalq matəm günlərində oldugu kimi, repertuarımıza komediya janrında film salmırıq. Bu dəfə də istisna olmadı. Hətta bu dəfə həmin gün kinoteatrlarımızın ziyarətçilərinə rejissor Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvar” filmi də təqdim olundu. “Park Cinema Kinoteatrlar” şəbəkəsinin bütün zallarında (Park Cinema Park Bulvar, Metropark, “Flame Towers”, Zaqulba) eyni cədvəl üzrə filmlər nümayiş olunub”. 

Namiq Quliyev onu da əlavə edib ki, son repertuarda ancaq bir komediya filmi olub. “Xoxan” o da 20 yanvar günü cədvəllərdən çıxarılıb.

Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fuad Muradov “Park Cinema” kinoteatrlarında “20 Yanvar Hüzn Günü” komediya filmlərinin nümayiş etdirilməsilə bağlı sosial şəbəkədə sərt münasibətini bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam