Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Özümüzü öldürmək həddindəyik”

 

Göyçay rayon Cəyirli kəndi sakini Adıgözəlov Qurban Arif oğlu “AzPolitika.info” saytı vasitəsilə ölkə prezidenti İlham Əliyevə şikayət məktubu ünvanlayıb.

"Xeberinfo.com":  Məlumata görə, məktubunda Qurban Adıgözəlov Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyev və Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Üsaməddin Osmanovun qeyri-qanuni vasitələrlə ona məxsus torpaq sahəsini başqasının adına rəsmilədirdiklərini bildirir:

“Belə ki, Göyçay rayon Aqrar İslahatlar Komissiyasının 28 Avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə bizim ailəyə 0.75 hektar torpaq sahəsi qanuni qaydada verilmişdir. Göyçay Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Nofəl Fərzəliyev rüşvət alıb bizim ailənin haqq-halal qanuni pay torpaq sahəsinə dair Zahir Səbzəliyev adlı Bakı şəhər sakininin adına saxta, qanunsuz sənəd vermişdir. Buna görə iddia ərizəsi ilə məhkəməyə müraciət etdik.
1 ildən çox gedən məhkəmə baxışı zamanı 3 dəfə məhkəmə ekspertizası keçirildi. Məhkəmə Ekspertizasının 25.11.2013-cü il tarixli 18464 nömrəli, 17.03.2014-cü il tarixli 868 nömrəli və 14.08.2014-cü il tarixli 9144 nömrəli ekspert rəyləri ilə təsdiq edildi ki, həmin 0.75 hektar pay torpaq sahəsi qanuni qaydada bizə məxsusdur, Zahir Səbzəliyev tərəfindən zəbt edilmişdir.
Bütün bu qanuni sənədlərə, ekspertlərin 3 rəyinə baxmayaraq, Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri hakim Üsaməddin Osmanov Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Səbzəliyevin saxta sənədini əsas gətirib iddiamızın təmin edilməməsinə və torpaq sahəmizin cavabdeh Zahir Səbzəliyevə məxsus olmasına dair 13 Yanvar 2015-ci il tarixdə qanunsuz qətnamə çıxardıb”.

Qurban Adıgözəlov iddia edir ki, hakim Ü.Osmanov bu qətnaməni müəyyən maraqlarının təmin olunması müqabilində çıxardıb: “Sual olunur: bəs nə üçün təkrar-təkrar 3 dəfə məhkəmə ekspertizası keçirilməsinə dair qərar çıxarırdı? Nə üçün Məhkəmə Ekspertizasının mötəbər sənədini əsas gətirmədi? Hakim Ü.Osmanovun bu qətnaməsi və Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyevin saxta sənədi mərhum Prezident Heydər Əliyevin ruhuna hörmətsizlikdir. Çünki pay torpaqların kəndlilərə verilməsi Heydər Əliyevin müvafiq fərmanı ilə həyata keçirilmişdir. Bizim ailəmiz bu qanunsuzluqdan şokdayıq. Bu boyda açıq-aşkar haqsızlıq, qanunsuzluq, özbaşınalıq olmaz.
Biz Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, cənab Fuad Ələsgərova, Ədliyyə Naziri Məhkəmə-Hüquq şurasının sədri cənab Fikrət Məmmədova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə, Ombudsmana və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik.
Özümüzü öldürmək həddindəyik. Məhkəmənin müstəqil olmasını hakim Ü.Osmanov özbaşınalıq kimi başa düşüb, özbaşınalıqlar edir.

Mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edirəm. Cənab Prezident, Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Üsaməddin Osmanovun və Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyevin barəsində qanuni tədbirlər görməyinizi və zəbt edilmiş pay torpağımızın özümüzə qaytarılmasına köməklik etməyinizi Sizdən çox-çox xahiş edirik”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam