Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tanklarımız İrəvana girir?

 

Erməni mətbuatı Gümrü ilə bağlı şok ehtimallar dərc edir

Naxçıvan ərazisindən İrəvanı cəzalandırmaq üçün 1989-cu ildə edilən hərbi hücum yenidən təkrarlana bilər.

"Xeberinfo.com":  Məlumata görə, bu ehtimal Gümrüdə rus əsgər Valeri Permyakov tərəfindən bir erməni ailəsinin qətl edilməsi ilə bağlı gedən istintaq prosesini şərh edən erməni KİV-ləri tərəfindən yayılıb.

“Rusiya ekspertləri hətta 1989-cu ildə İrəvanda baş verən hadisələri yada saldılar. Onda Rusiyanın xüsusi bölmələri Azərbaycan ərazisindən İrəvana hücum etdilər və ermənilərin aksiyasını sərt şəkildə yatırdılar. Əgər Gümrüdəki aksiyalar davam edərsə, bu hədələr təkrarlana bilər”, – deyə bildirən erməni portalı “Lragir” Rusiyanın dəstəyi ilə Azərbaycan tanklarının Naxçıvandan İrəvana hücum edəcəyini iddia edir.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan – Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam