Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Füzulidə "20 yanvar" faciəsi ilə bağlı anım tədbirləri keçirilir

 

20 Yanvar faciəsinin 25-cü ildönümü münasibətilə Füzuli rayonunda silsilə anım tədbirləri keçirilir

 

"Xeberinfo.com":   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam izmalanmış və tədbirlər planı təsdiq edilmişdir.

Tədbirlər planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, ərazilərdə abadlıq və təmizlik işləri aparılır. Füzuli Dövlət Dram Teatrında isə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunur, faciəni özündə əks etdirən kitab və rəsm sərgisi təşkil edilir.

          Yanvarın 20-də isə rayon ərazisindəki Şəhidlər Xiyabanında faciənin 25-ci  ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçiriləcəkdir.

         Tədbirdə  20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad ediləcək, ruhlarına dualar oxunacaqdır.

Həmin gün saat 12:00-də rayonun bütün yaşayış məntəqələrində 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad ediləcək, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları veriləcəkdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam