Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Son 7 ildə Xəzərin səviyyəsi 0,56 metr düşüb

 

Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir.

"Xeberinfo.com":  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab edilir.

Belə ki, Xəzər dənizinin su balansının gəlir hissəsinin təqribən 80 faizini təşkil edən Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud və digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri dəniz suyunun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycanda dəniz səviyyəsi üzərində müşahidələrə XIX əsrin birinci yarısında (Bakı məntəqəsi – 1830-cu il) başlanılıb. Hazırda Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində (sahildə, açıq dənizdə, adalar və estakadalarda) ETSN-in Milli Hidrometeorologiya Departamentinin 13 hidrometeoroloji müşahidə məntəqəsi fəaliyyət göstərir ki, bunların 7-də dəniz səviyyəsi üzərində müşahidələr aparılır.

Ötən əsrin ikinci yarısında Xəzər dənizində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə -29 metrə qədər azalıb, sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995) 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən isə dənizin səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb.

Təkcə son 7 il ərzində Xəzər dənizinin səviyyəsi 0,56 metr azalıb və 2014-cü il üçün dəniz səviyyəsinin orta illik qiyməti Baltik sistemi ilə -27,43 metr olub.

Çoxillik səviyyə tərəddüdlərindən başqa, dəniz səviyyəsinin fəsillərin dəyişməsi ilə xarakterizə olunan ildaxili tərəddüdləri də müşahidə olunur ki, bu da ilin isti aylarında çayların sululuğunun artması hesabına dəniz səviyyənin qalxması, qış aylarında isə əksinə, enməsi ilə özünü göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam