Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Prezident subyektiv maraqların üstündən xətt çəkdi

 

“Yanacağın qiymətinin artırılması ilə bağlı qərar Milli Məclisdə komitənin iclası zamanı müzakirə olunanda bu məsələ ətrafında çox mübahisələr getdi”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri  Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov yanacağın qiymətinin yenidən ucuzlaşmasına münasibət bildirərkən deyib.

 

Millət vəkili bildirib ki, əsas narahatedici məsələ iki qəpiklik artımla bağlı deyil:

 

“İki qəpik əlbəttə ki, elə də çox böyük məbləğ deyil. Burada dövlət büdcəsinə cəmi 60-70 milyon vəsaitin daxil olmasından söhbət gedə bilərdi. Ancaq bu qərarın verilməsindən sonra ərzaq və digər məhsullarda qiymət artımı müşahidə olunacaqdı ki, bu da ciddi problemlərə yol açacaqdı. Çünki bu artımda maraqlı olan tərəflər obyektiv deyil, subyektiv səbəblərdən çıxış edə bilərdilər. Düzdür, bu kimi nöqsanların qarşısını almaq üçün müəyyən nəzarət sistemi işə salınacaqdı. Ancaq bütün bunlara baxmayaraq, qiymət artımı labüd idi. Buna görə də hesab edirəm ki, dövlət başçısının yanacağın qiyməti ilə əlaqədar yol vergisi məsələsini həll etməsi və Tarif Şurasının qərarını ləğv etməsi çox önəmli və təqdirəlayiq bir addımdır. Köhnə qiymətlərin saxlanılması çox yaxşı oldu. Ancaq burada önəmli olan digər məsələni də xüsusi vurğulamalıyıq. Bildiyiniz kimi, Aİ 95, yəni “Premium” markalı yanacağı Azərbaycan istehsal etmir və bu benzin xaricdən idxal olunur. Hazırda qonşu Gürcüstanda, Türkiyədə, Rusiyada yanacağın qiyməti aşağı düşdüyündən, “Premium” markalı yanacağın qiymətinə yenidən baxılacaq”.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib. Beləliklə, avtomobil yanacağının qiyməti yenidən əvvəlki səviyyəsinə endirilib.

Axar.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam