Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Alimlərimiz üçün poliklinika tikiləcək

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 70 illik yubileyi bu il noyabr ayında qeyd ediləcək.

"Xeberinfo.com":  Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Akademiyanın ötən il I Bakı Elm Festivalını keçirdiyini xatırladan A.Əlizadə bildirib ki, I Azərbaycan Elm Festivalının da keçirilməsi planlaşdırılır.

AMEA prezidenti deyib ki, son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verilib, yüksək ixtisaslı gənc alim və mütəxəssislər yetişdirilib: "Baxmayaraq ki, bu gün Azərbaycan elmində qocalma prosesi baş verir, istedadlı gənclərin olması ümidlə deməyə əsas verir ki, gənclər onları əvəz etməyə hazırdır. Bu günün gəncləri əvvəlki illərin gənclərindən tam fərqlənir. Onlar daha aktiv və məqsədyönlü istiqamətlər seçiblər".

Onun sözlərinə görə, gənc alimlərin elmi fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə onların doktorantura və ixtisasartırma təhsili alması üçün dünyanın aparıcı elmi mərkəzlərinə göndərilməsi, bir çox beynəlxalq layihələrə qoşulmasının təmin edilməsi üçün, AMEA-da çalışan gənclərin fəaliyyətini stimullaşdırmağa, elmi potensialını artırmağa, təkliflərini dəyərləndirməyə xidmət edən Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və təşəbbüsü ilə bir çox əhəmiyyətli tədbirlər həyata keçirilib.

Akademiya prezidenti bildirib ki, artıq AMEA-nın poliklinikasının yaradılması ilə bağlı layihə hazırlanır.

Onun sözlərinə görə, ötən il Azərbaycan alimləri üçün müxtəlif mükafatlar təsis edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam