Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Milli Parkda təmir adıyla “havaya sovrulan” pullar

 

Dənizkənarı Milli Parkda yenidən söküntü-tikinti işləri başlayıb.

 

"Xeberinfo.com":  Məlumata görə, bir müddət əvvəl təmir olunan Milli Parkın bir hissəsi yenidən təmir üçün qapanıb. Bu zamana kimi bir neçə dəfə təmirə dayanan parkın təmir işləri yenidən başlayıb. Maraqlısı budur ki, bir neçə il bundan öncə əsaslı təmir nəticəsində yerə döşənmiş daşlar yerindən çıxarılır və əvəzinə yeniləri düzülür.

 

İndi isə Bakı Metropoliteninin «Sahil» stansiyasından Bulvara gedən istiqamətdəki keçidin çıxış hissəsini qapadaraq, təmirə bağlayıblar. Səbəb olaraq isə, yerə döşənmiş daş örtüyün yaxşı vurulmamasını və artıq yararsız hala düşməsini göstərirlər. 

 

Maraqlıdır ki, bu zamana qədər Bulvar ərazisində bir neçə dəfə daş örtüyü sökülərək, yeniləri ilə əvəz edilib. Hər dəfə də bu işə külli miqdarda maliyyə vəsaiti xərclənib. Biz bu barədə musavat.com olaraq, reportaj da hazırlamışdıq. Görünən budur ki, bundan sonra da bu üsulla  pulların boş yerə "havaya sovurulması” davam edəcək. 

 

Çəkiliş zamanı Bulvarda istirahət edən bir neçə şəhər sakini ilə söhbətləşdik. Vətəndaşlar da bu vəziyyətdən narahatdırlar: «Mən yaxınlıqda yaşayıram. Demək olar ki, hər gün Dənizkənarı Milli Parkda nəvələrimlə gəzişirəm. Artıq neçənci dəfədir ki, Bulvarın yer örtüyü sökülür və yeniləri ilə əvəz edilir. Bura xərclənən pullar heyif deyil? Nə qədər təmir etmək olar? Bunu zamanında normal düzəlmək belə çətin idi? Üstəlik, bu daşların üzərində adamlar gəzir. Ağır tonnajlı yük avtomobilləri Bulvardan keçsəydi, yenə bəhanələri olardı ki, daş örtüyü bu yükə dözmür. Görünən budur ki, hələ Bulvarda təmir uzun çəkəcək. Çünki parkın bir çox ərazisində yer örtükləri artıq yararsız hala düşüb. Maraqlısı budur ki, daşlar sınmır, sadəcə, yerindən qopur. Bu da o deməkdir ki, daşları düzəndə keyfiyyətsiz iş görülüb».

 

Əldə etdiyimiz məlumatlara görə, adıçəkilən ərazidəki yer örtüyünün dəyişdirilməsinin digər bir səbəbi də, yeni su xəttinin çəkilməsidir. Belə ki, vaxtı ilə həmin əraziyə daş örtüyü düzülən zaman su xəttinin çəkilməsi unudulub. Bu da müəyyən problemlərə yol açıb. 

 

Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov bundan öncəki söküntülər zamanı mətbuata belə bir açıqlama vermişdi: «Əvvəllər Bulvar ərazisində qatarların hərəkəti nəzərdə tutulmamışdı. Bundan başqa, Avropa Yay Olimpiya Oyunları ərəfəsində qonaqlar çox olacaq. Onları qatarlar vasitəsilə bulvarın bir başından, o biri başına aparmaq lazım gələcək. Ona görə də, keçən ildən başlayaraq, qış aylarında hissə-hissə ərazilərin daşlarını dəyişirik. Keçən il bununla bağlı açıqlama vermişdik ki, bu işlər gələn il qışda davam edəcək. Çünki yaz, yay, payız aylarında insan axını çox olur. Qışda isə, gəzintiyə gələnlərin sayı azalır. İnsanların istirahətinə mane olmamaq üçün qışda hissə-hissə işlərə davam edirik. Bu qış da bir neçə hissədə işlər davam etdiriləcək. Bulvarda minik maşınları və qatarların keçməsi üçün  nəzərdə tutulan ərazilərdə yerlərin altı möhkəmləndirilir. Həm də daha möhkəm daşlar döşənir».

 

Hazırda yararsız hala düşdüyü üçün sökülən döşəmə daşlarını 2008-ci ildə Çindən gələn fəhlələr düzmüşdülər. Hələ o vaxtlarda çinlilərin "başdansovdu” təmir apardığını yazmışdıq. Milli Park İdarəsi isə çinlilərin işə cəlb edilməsi ilə bağlı addımı belə əsaslandırmışdı: «Çinlilər həm ucuz, həm də keyfiyyətli iş görürlər». 

 

Amma görünən budur ki, çinlilərin «ucuz və keyfiyyətli» işləri fiaskoya uğrayıb.

 

Bakının köhnə küçələrinə bir neçə əsr öncə döşənmiş daşlar hələ də olduğu kimi qaldığı halda, Milli Parkda düzülmüş daşlar heç 1-2 il belə, dözüm gətirmir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam