Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Beyləqan müəllimləri maaşlarını ala bilmir

 

Təhsil şöbəsinin müdiri Tofiq Sadıqov isə yeni pul qazanma yolları tapıb, rayonda müəllim işləmək üçün 2-7 min manat istənilir

Beyləqanda müəllimlər üç aydır maaşlarını ala bilmir.

"Xeberinfo.com":  Məlumata görə, Axar.az-a şikayət məktubu göndərən bir qrup müəllim yazıb ki, əmək haqlarının yarısını sonuncu dəfə 2014-cü ilin oktyabr ayında alıblar.

Onların sözünə görə, yanvarın 8-də Beyləqan Təhsil şöbəsinin müdiri Tofiq Sadıqov iclas keçirib. Təhsil şöbəsinin müdiri iclasda müəllimlərə xəbərdarlıq edib. O, yaxın günlərdə müəllimlərin dərs saatlarının monitorinqi ilə bağlı yoxlama gələcəyini diqqətə çatdırıb.

Məsələ ilə əlaqədar Beyləqan Rayon Təhsil şöbəsi ilə əlaqə saxlamağa çalışan Axar.az-ın əməkdaşları vəziyyətin daha kritik olduğunu anlayıblar. Çünki zənglərdən məlum olub ki, Təhsil şöbəsində doğrudan da “maliyyə krizi” yaşanır. Ona görə ki, operatorun verdiyi cavab belədir: “Abunəçinin telefonu heç bir ödəniş aparılmadığı üçün söndürülüb”.

Təhsil Nazirliyindən isə məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcəyini bildirdilər.

Bu əsnada JAM.AZ da Beyləqan Təhsil Şöbəsi və onun müdiri ilə bağlı bəzi maraqlı detalları araşdırıb. Məlum olub ki, Tofiq Sadıqovun başı hazırda alternativ pul mənbələri tapmağa qarışıb. Rayon təhsilini biabırçı vəziyyətə salmış sözügedən şəxsin nəzərdə tutduğu gəlir yerləindən biri kimi, müəllim işə düzəltməkdir. Hətta bunun üçün qiymətlər də məlumdur. Məsələn, rayonun mərkəzindəki məktəblərdə müəllim işlımək istəyən 5-7 min manatından keçməlidir. Kənd məktəblərində isə bu rəqəm 2-3 min manat civarında dəyişir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam