Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ölkəmizdə ərzaq məhsulları bahalaşıb

 

Ötən ay ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.

"Xeberinfo.com":  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşıb.

Ay ərzində çovdar və qarışıq undan çörəyin, mal və qoyun ətinin, günəbaxan yağının, müxtəlif içli şokoladlı konfetlərin, bananın, limonun, naringinin, portağalın, göyərtinin və kələmin qiymətlərində ucuzlaşsa da, buğda ununun, düyünün, qarabaşaq yarmasının, kərə və zeytun yağının, süfrə duzunun, şəkərin, südün, yumurtanın, almanın, armudun, narın, şabalıdın, kartofun, soğanın, sarımsağın və şirin bibərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Dekabr ayında əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində respublikadan kənara dəmiryolu və hava nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam