Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycan çempionatının finalçıları müəyyənləşib

 

Şağan Olimpiya Kompleksində keçirilən boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub

 

"Xeberinfo.com":  Məlumata görə, “Rabitə”nin 6, “Gilan” klubunun isə 5 nümayəndəsi həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb.
 
Salman Əlizadə 49 kq çəki dərəcəsində əsas favoritlərdən olduğunu bir daha sübut edib. Avropa çempionu finalda qələbə qazanaraq, yenidən 1-ci nömrə kimi özünü təsdiqləməyə çalışacaq. Onun rəqibi isə Hacıbaba Fərziyev olacaq.
 
Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə də finala yüksəlib. O, həlledici görüşdə milli komandamızın üzvü Araz İmaməliyevlə qarşılaşacaq.
 
Uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfov da finala kimi irəliləyə bilib. Azərbaycan çempionatının tapıntılarından biri Tayfur Əliyev təcrübəli boksçunu büdrətməyə çalışacaq.
 
64 kq çəki dərəcəsində Lənkəran boksçusu Xəzər Əliyevin finala kimi irəliləməsi gözlənilməz nəticələrdəndi. Qızıl medal uğrunda görüşdə onu təcrübəli Elnur Əliyev gözləyir.
 
“Baku Fires”i “Gilan” klubuna dəyişən Xaybulla Musalov da finaldadı. O, ötən ilin Azərbaycan çempionu titulunu qorumaq üçün Kamran Şahsuvarlını məğlub etməlidi.
 
81 kq çəki dərəcəsində  boks həvəskarları yenə də Vətən Hüseynli – Rauf Rəhimov duelinin şahidi olacaqlar.
 
Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov finalda gənc Rahil Məmmədli ilə qarşılaşacaq.
 
Superağır çəki dərəcəsində isə həlledici görüşdə Kamran Mehdiyevlə Asəf Aslanlı döyüşəcək.    
 
49 kq: Hacıbaba Fərziyev (Gilan)  – Salman Əlizadə (Gilan) 
52 kq: Məsud Yusifzadə (Rabitə)  - Araz İmaməliyev (Gilan)
56 kq: Rəhim Nəcəfov  (FHN) – Tayfur Əluyev (Naxçıvan) 
60 kq: Elvin İsayev  (Gilan) – Vüsal Verdiyev (Gəncə)
64 kq: Xəzər Əliyev (Lənkəran) – Elnur Əliyev (Rabitə) 
69 kq: Roman Zakirov  (Rabitə)  – Elvin Quliyev (Neftçi) 
75 kq: Xaybulla Musalov  (Gilan) – Kamran Şahsuvarlı (Qəbələ) 
81 kq: Vətən Hüseynli (Rabitə)  – Rauf Rəhimov (Neftçi)
91 kq: Teymur Məmmədov  (Rabitə)– Rahil Məmmədl (Qəbələ) 
+91: Kamran Mehdiyev  (Rabitə) – Asəf Aslanlı (Qəbələ) 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam