Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“The Guardian” qəzetindən Azərbaycana qarşı təxribat

 

Böyük Britaniyanın “The Guardian” qəzeti “2015-ci il tətilləri üçün ən macəralı yerlər” başlıqlı məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi Dağlıq Qarabağı da qeyd edib.

"Xeberinfo.com":  APA-nın qəzetin rəsmi saytına istinadən verdiyi məlumata görə, məqalədə Dağlıq Qarabağ Azərbaycan tərəfindən “əhatə olunmuş” dağlıq anklav, “1991-ci ildə müstəqilliyini elan etmiş” və Ermənistanın nəzarətində olan ərazi kimi göstərilib.

“Sərhəd çəkişmələri və əraziyə nəzarət uğrunda gedən davamlı mübarizə onu göstərir ki, bu səyahət qorxaqlar üçün deyil, lakin orada təklif olunacaq çox şey var: dağ monastırları, arxeoloji abidələr, qədim mağara kompleksləri və fərqli təbiət gözəlliyi. Bu əraziyə İrəvan vasitəsilə səyahət edə bilərsiniz” – deyə məqalədə bildirilib.

“The Guardian” oxuculara bu əraziyə səyahəti Böyük Britaniya şirkəti olan “Regent Holidays” vasitəsilə gerçəkləşdirməyi təklif edib və məqalədə şirkətin saytındakı “Dağlıq Qarabağa qrup turları” proqramına keçid verib.

Şirkətin rəsmi saytında isə (regent-holidays.co.uk) Dağlıq Qarabağ Ermənistan kateqoriyasında verilir, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistandan keçməklə tur xidmətləri təklif olunur. Qeyd edək ki, həmin şirkət eyni zamanda Azərbaycana da turlar təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam