Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sabiq millət vəkillərindən kimlər növbəti dəfə namizəd olacaq?

 

Azərbaycanda parlament seçkiləri bu ilin ən əlamətdar siyasi hadisəsi kimi qiymətləndirilir

Artıq əksər siyasi partiyalarda seçkilərlə bağlı hazırlıqlara başlanıb. Maraqlıdır, bu il sabiq deputatlardan kimlər parlament seçkilərinə namizədliyini verəcək? 

"Xeberinfo.com":  Məlumata görə, “Yeni Müsavat” bu sualla sabiq deputatlara müraciət edib. 
2005-2010-cu  illərdə Milli Məclisin deputatı olan, hazırda “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camal sorğumuza cavabında hələ ki bu haqda düşünmədiyini bildirib: “Məncə, bu barədə danışmaq hələ ki, tezdir. Hələ ki, namizədliyimi vermək haqqında düşünməmişəm”. 
1990-2000-ci illərdə Milli Məclisin deputatı olmuş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu seçkilərdə namizədliyini irəli sürəcəyini deyib: “Bu il parlament seçkilərində namizəd olaraq iştirak etmək fikrindəyəm. Sumqayıt şəhərindən namizədliyimi verəcəyəm. Dairə də təxminən bəllidir, ancaq müzakirə edirik”. 
2005-2010-cu illərdə parlament üzvü olan AXP lideri Pənah Hüseyn təmsil etdiyi partiyanın seçkilərdə fəal iştirak edəcəyini bildirib: “Bu seçkilərdə partiya olaraq və vətəndaş olaraq iştirakın tərəfdarıyam. Namizədliyimin verilib-verilməməsi məsələsi hələ o qədər də aktual məslə deyil. Azərbaycan Xalq Partiyasının seçkilərdə fəal iştirak edəcək. Ancaq kimlərin namizəd olacağı müzakirə olunacaq”. 
2005-2010-cu illərdə Milli Məclisin üzvü olan Nazim Məmmədov da builki seçkilərdə namizədliyini irəli sürəcək: “Bu seçkilərə namizədliyimi verəcəyəm. Bunu təkcə mənim fikrim deyil, yox seçicilərim də məndən tələb edir. Mən ötən seçkilərdə Yeni Azərbaycan Partiyasının vahid siyahısının xeyrinə geri götürmüşdüm. Ümid edirəm ki, bu dəfə YAP mənim 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizəd olmağıma etiraz etməyəcək”.
 
1995-2000-ci illərdə Milli Məclisin üzvü olan “Konstitusiya” Araşdırmalar Fondu adlı bir təşkilatın sədri Əliməmməd Nuriyev sorğumuza cavabında deyib ki, bu haqda dəqiq qərar verməyib: “Hələ ki, bu haqda dəqiq qərar verməmişəm. Ancaq istisna etmirəm. Parlament seçkilərinə hələ çox vaxt var. Ola bilər ki, namizədliyimi irəli sürüm”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam