Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Siyəzən təhsilinə ayrılan vəsaitləri kimlər mənimsəyir?

 

Siyəzən rayon Təhsil Şöbəsinə ancaq bərk və yumşaq inventarların alınmasına 200 min manat vəsait ayrılıb; digər avadanlıqların alınması üçün 120 min manat sərf olunub…

"Xeberinfo.com":  Məlumata görə, bir neçə gün öncə mətbuatda Siyəzən rayon Qala-Altı kəndidəki 4 illik ibtidai məktəbin şəxsi evdə və inventar çatışmamazlığına görə şəxsi evdə yerləşərək fəaliyyət göstərməsi ilə bağlı məlumat yayılmışdı. O da məlumdur ki, hər il dövlət büdcəsindən və digər fondlardan hər bir rayona təhsilin inkişafına, o cümlədən məktəblərin təmirinə və inventarla təmin olunması üçün kifayət qədər vəsait ayrılır.
Məsələninin aktuallığını nəzərə alaraq PİA.AZ ötən il Siyəzən rayon Təhsil Şöbəsinə və həmçinin Qala-Alt kəndindəki 4 illik ibtidai məktəbinə son iki ildə ayrılan vəsaitləri araşdırıb. Ortaya çıxan mənzərə isə doğurdan da tükürpədicidir.
Belə ki, 2013 və 2014-cü illərdə Siyəzən rayon Təhsil Şöbəsinə ancaq bərk və yumşaq inventarların alınmasına 200 min manat vəsait ayrılıb. Siyəzən təhsil şöbəsi həmçinin digər avadanlıqların alınması üçün 120 min manat xərcləyib. Ümumilikdə isə son iki ildə Siyəzən rayon Təhsil Şöbəsinə 440 min manat vəsait xərcləyib. Hara və necə xərclənməsi isə naməlumdur. Ən azından bunu şəxsi evdə yerləşən Qala-Alt kəndindəki 4 illik ibtidai məktəbinin biabırçı vəziyyətinə baxaraq asanlıqla söyləmək mümkündür. Ötən il şəxsi evin birinci mərtəbəsində yerləşən bir sinifli Qala-Alt kəndindəki 4 illik ibtidai məktəbinin təmirinə 4600 manat vəsait ayrılıb. Üstəlik Siyəzənrayon  İcra Hakimiyyətinin büdcəsindən rayon məktəblərinə 150 min manat vəsait ayırıb ki, bu vəsaitin bir hissəsi də məhz Qala-Alt kəndindəki 4 illik ibtidai məktəbinin damının örtülməsinə xərclənib. Əlbəttə ki, kağız üzərində. 
Ümumilikdə isə PİA.AZ-ın yerdə apardığı araşdırmalar nəticəsində məlum olub ki, Siyəzəndə fəaliyyət göstərən 45 məktəbin əksəriyyətində vəziyyət bərbaddır. Məktəblərin təmirinə və inventarla təmin olunmasına dövlət büdcəsindən və  Siyəzən rayon İcra Hakimiyyətinin büdcəsindən külli miqdarda vəsait ayrılsa da son iki ldə təqribən 800 min manat kənd məktəblərinin vəziyyəti doğurdan acınacaqlıdır. Xüsusən məktəblərin inventar və texniki təminatı acınacaqlı vəziyyətdədir.
Buna baxmayaraq Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevin və Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun şəxsi büdcəsində və çoxsaylı mülklərində bütün şərait ən yüksək səviyyədədir. 
PİA.AZ-a daxil məlumatda göstərilir ki, Siyəzəninin icra başçısı Arif Qasımovun elə həmin Qala-Altı kəndinə gedən yolun  yaxınlığında dəbdəbəli bir istirahət obyekti və bir xeyli kənarda isə böyük villası var. Qeyd olunur ki, Arif Qasımov təkcə villasının tikintisinə 3 milyon manatdan artıq vəsait xərcləyib. Qala-Altı kəndindəki şəxsi evdə yerləşən məktəbin halına və Siyəzən məktəblərinin halına baxdıqda isə icra başçısının bu vəsaiti hardan əldə etdiyi öz-özünə aydın olur. Görünən kəndə bələdçi olmadığı kimi, Siyəzənin kənd məktəblərinə və icra başçısının obyektlərinə də bələdçi lazım deyil. Bunu onsuzda Siyəzəndə bilməyən yoxdur. 
Bildirildiyinə görə elə Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevin «cari təmirlərdən» və «inventar alışından» əldə etdiyi gəlir icra başçısının əldə etdiyi gəlirlərin təqribən yarısı qədər olub. Hələ bura artıq dərs saatları, məktəblərdə çalışan «ölü canlar» aid deyil.  Elə buna görə də Rəfail Hacıyev hər ay icra başçısı Arif Qasımova 3 min manat «haqq» verir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam