Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Putinin planı nədən ibarətdir?

 

Hal-hazırda Rusiya iqtisadiyyatı sürətlə zəifləyir, Ukraynada müharibə davam edir, Moskva ilə Qərb arasındakı münasibətlər daha çox qarşıdurma xarakterı almağa başlayır. Onda belə bir sual meydana gəlir ki, görəsən Vladimir Putinin hər hansı bir planı varmı?

"Xeberinfo.com":  Xaricdəki əleyhdarlarının və Rusiya daxilindəki tərəfdarlarının fikrinə görə, Putin Qərbə ziyan vurmaq planı çərçivəsində Rusiyanın mövqeyini möhkəmləndirmək startegiyasını həyata keçirir. 2012-ci ildə ABŞ-ın dövlət katibi olmuş Hillari Klinton Putini Rusiya ətrafındakı bölgələri ”yenidən sovetləşdirmək” cəhdində günahlandıraraq deyirdi: ”Biz onun məqsədinin nədən ibarət olduğunu bilirik və bunun qarşısının alınması üçün effektli vasitələr axtarırıq”.

Həqiqətən də uzun illər ərzində Putin, ABŞ-ın indiki mövcud dünya hökmranlığının əvəzinə daha ədalətli qüvvələr balansının yaradılması çərçivəsində çox qütblü dünya nizamının qurulması fikrinin müdafiəçisi kimi çıxış edib. Rusiyanın atdığı bir çox radikal addımlar – Krımın ilhaqı, Ukraynanın şərqindəki separatçıların müdafiə edilməsi, Çinlə fəal yaxınlıq münasibətlərinin qurulması və anti-Qərb ritorikası, Putinin çox qütblü dünya istiqamətindəki fəaliyyəti kimi də şərh oluna bilər. Lakin Putinin ölkə daxilindəki opponentləri onu hiyləğər və yaradıcı strateq kimi deyil, daha çox Rusiyanın Qərblə apardığı indiki mübarizədə qalib gələ bilməyəcəyini anlamayan, reallıq hissini itirmiş şəxs kimi qiymətləndirirlər. Putinin atdığı bir çox addımlar Almaniya kansleri Anqela Merkelin söylədiyi kimi, belə bir təsəvvür yaratmağa imkan verir ki, deyəsən Rusiya prezidenti reallıqdan uzaqlaşıb və “başqa dünyada” yaşayır.

big_1415601119_rusMəsələn, bu baxımdan yay aylarında Moskvanın ona qarşı sanksiya tətbiq etmiş Qərb ölkələrindən idxal etdiyi ərzaq məhsullarına qadağa qoyması hərəkətini nümunə kimi göstərə bilərik. Belə bir addımı Rusiyanın idxal məhsullarından asılılığını azaltmaq istiqamətindəki böyük masştablı strategiyanın tərkib hissəsi kimi də dəyərləndirmək olardı. Ancaq məsələ orasındadır ki, belə tələsik qərarların elan olunması, bu işin düşünülməmiş və öncədən hesablanmamasını göstərdi. Bu cür hərəkətlər Rusiya istehlakçılarına çox güclü zərbə vurur. Sonra Çinlə bağlanmış sensasiyalı qaz müqaviləsini iqtisadi cəhətdən Rusiyanın Qərbdən asılılığını azalda biləcək bir faktor kimi də qiymətləndirmək olar.Amma müqavilənin şərtləri barəsində on ilə yaxın danışıqların getməsinə və heç bir razılaşmanın əldə olunmamasına baxmayaraq, birdən–birə Çinlə qaz müqaviləsinin imzalanması ondan xəbər verir ki, Rusiya üçün heç də əlverişlı sayılmayan şərtlər daxilində bağlanmış razılaşma ilə Putin Avropaya göstərmək istəyir ki, bizim sizə ehtiyacımız yoxdur.

Müxalifət liderlərindən biri Boris Nemtsov bildirir ki, Pekinin şərtlərini qəbul edən Putin ən sonda Rusiyanı Çinin xammal müstəmləkəsinə çevirəcək. ”Danimarka beynəlxalaq araşdırmalar institutu”nun analitiki Rojer Makdermot Putinin Uykrayna siyasəti ilə əlaqədar deyib:
”Putinin fikrinə görə xalqın iradəsinin əksinə olaraq, Ukraynanın xarici düşmən güclər tərəfindən ələ keçirilməsi Rusiyanın milli təhlükəsizliyi üçün çox ciddi təhdiddir. İş ondadır ki, iki ölkə arasındakı münaqişənin bir qədər də gərginləşməsi nəzarətin qorunub saxlanmasını mümkünsüz edə bilər. Putinin nə dünya masştablı, nə də ki, Urayna məsələsi üzrə böyük strategiyası yoxdur.”

Bəzi analitiklər isə belə yanaşma ilə razılaşmayaraq deyirlər ki, Putinin müəyyən bir uzunmüddətli starategiyası var.
“Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodr Lukyanov yazır: “Amerikan mərkəzli dünya nizamına alternativin olmamasından hamı yorulub. Əgər əsl qarşıdurma yaranarsa, Rusiya indiki dünya liderinin obyektiv zəif tərəflərindən istifadə etməyə çalışacaq. Əgər Moskva dünyadakı mövcud sistemə yenidən baxılmasını istəyən qüvvənin tərəfindən çıxış edərsə, onda bu qlobal balansın əhəmiyyətli dərəcədə dəyişilməsinə gətirib çıxara bilər.” Amma Lukyanov etiraf edir ki, deyilənlərin həyata keçməsi üçün Kreml bir çox qətiyyətli addımlar atmalı və incə manevrlər etməlidir ki, bunu da Putin bacara bilməz.

Rublun məzənnəsinin kəskin düşdüyü indiki iqtisadi problemlər, öz planlarını həyata keçirmək istəyən Putinə böyük maneələr törədir. Əgər doğrudan da Vladimir Putinin hansısa belə bir planı mövcuddursa.

(US News and World Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam