Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Alim Qasımov Tehranda konsert verəcək

 

“Xalq artisti Alim Qasımov İran İslam Respublikasının paytaxtı Tehran şəhərində iki günlük konsert proqramı ilə çıxış edəcək”. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Alim Qasımovun mətbuat xidmətinin rəhbəri Səadət Möhübova deyib. 

O bildirib ki, yanvarın 11-12-də A.Qasımov Tehranda konsert verəcək:
“Bu konsertdə əməkdar artist Fərqanə Qasımova da iştirak edəcək. Repertuarda həm bəstəkar, həm də xalq mahnıları yer alacaq. Alim Qasımovu orkestrdə tar ifaçısı Zəki Vəliyev müşayiət edəcək. Yerdə qalan orkesrt ifaçıları isə Tehrandan olacaq”.

S.Möhübova əlavə edib ki, 3 aydan çoxdur ki, üzərində məşqlər aparılan proqram, həmçinin Bakıda da təqdim olunacaq, amma hələ ki, həmin proqramın nə vaxt keçiriləcəyi tarix bəlli deyil. 

Mətbuat xidmətinin rəhbəri A.Qasımovun digər qastrol səfərləri haqda da danışıb:“Fevralda Alim müəllimlə Fərqanə xanım Belçikaya səfər edəcək. Bu səfər Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə baş tutacaq Martda isə cütlük ABŞ-a gedəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam