Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

DÜZ SİZ OLUN


 "Xeberinfo.com":
Əl-ayağım yerdən üzük,dil ağıza yaxın deyil, qıraq düşüb dildən üzük, dildən üzük, yerdən üzük, göydən üzük, heç gözüm də mənim deyil, kor olmuşam gözdən üzük. Baxammıram öz gözümə Vətən bizdən küsüb deyə,haqqı çatır, haqq onudur dodaq-burun büzüb deyə, yaddan çıxıb,qeyrəti də bizim deyil, durub kənar, qəm –kədərlə səni –məni süzüb deyə. Haqq onundur umub küsür tələb edir verdiyimi verin deyir,dediyimi deyin deyir, mən vətənəm, siz daş olun, bir baş olun həm kəfənəm, ağlar gözdə damla olun, bir yaş olun, yanır ürək, həsrəti də mən çəkənəm, torpaqüstü nə əkmişəm, mən biçənəm, göz yaşınız axar olsa, bulaq kimi mən içənəm, VƏTƏN adlı mən anayam, diqqəti də mən çəkənəm. Nə yatmısız, bir ayılın, halınıza bir bayılın, axar olun, dağ çayı tək bir yayılın, nədir belə görəmmirəm zaman-zaman ayrı düşüb, pərən-pərən birləşin ha bir sayılın, yuxu şirin olsa belə, qəflətdisə bir ayılın, bir dağılın, bir yığılın, bir çalının!!! Haqqım haram olsa sizə, Tanrı özü baxmaz olar, rəhmi yetməz bəndənizə, sahib çıxın tapdaq altda başsız olan, sinə dağlar, yolları daş, suyu qanlı, bizimdisə bizim olan, biz satmışıq düşmən alan, ağlar qalan gözüyaşlı Qarabağa, sinəsində yara turub, qövr eyləyən, qan sızmayan qara yara, kösöv tutmuş qara dağa. Bunu sizə anladıban,həm anayam, həm Vətənəm, dadınıza mən yetənəm, sizlə olub bir bitəm, haqqım var ki, mən deyirəm, namus- qeyrət yoxsa bala, bu paltarı siz verdiniz istəmədən mən geyirəm, ağ üzümdə qara LƏKƏ, siz yumadız bu damğanı zəhər dadır mən yeyirəm..Ağ örpəyim başda deyil, qeyrətimi bir çəkin ha, zəhmət edib yetirmişəm, torpaq üstə, naz-neməti kef çəkəsiz,sizin üçün bitirmişəm, Tanrı sizi əta edib, qol açmışam, yol açmışam mən Vətənəm, yad diyardan VƏTƏN olmaz, dönən günə, o yollara yol açmışam Siz, siz olun, birləşin ha,əlbir olub yumruq olun, sözlə vurub sancmayın ha, şişsiz olun, bizsiz olun, mən demirəm əl belində işsiz olun, meydan bizim gücsüz olun, əldə silah Vətən sizin, torpaq sizin, QƏLƏBƏ qazan,DÜZ siz olun...!!!

 

TƏRANƏ ŞƏMS

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam