Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ölkəmizdə peşə standartları hazırlandı

 

Peşə standartları əsasən nəqliyyat, tkinti, turizm, emal sənayesi kimi sektorları əhatə edir

 

"Xeberinfo.com":  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 70 yeni peşə standartının layihələri hazırlanıb.
Nazirlikdən verilən məlumata görə, ƏƏSMN və Dünya Bankı “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, bu il daha 70 yeni peşə standartının layihələri hazırlanıb. 
Beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə hazırlanan peşə standartları əsasən nəqliyyat, tkinti, turizm, emal sənayesi, ticarət, biznesin idarə edilməsi, kənd təsərrüfatı və fərdi fəaliyyət sektorlarını əhatə edir. 
Peşə standartları əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyin artırılmasına, kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilinə xidmət edir. 

 

Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən ilin sonlarında iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 200 peşə standartı sahibkarların istifadəsinə verilib. Ümumilikdə müxtəlif sahələrə aid 5 minədək peşə standartının hazırlanması nəzərdə tutulur.  (ans)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam