Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı artıb

 

Gürcüstan il ərzində Azərbaycan istehsallı tikinti materiallarının idxal həcmini 29,1 faiz artırıb.
"Xeberinfo.com":  Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2014-cü ilin yanvar-noyabr aylarının yekunu üzrə xarici ticarət haqqında hesabatında deyilir.
Hesabata əsasən, 2014-cü ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 23,84 milyon dollar dəyərində 139,28 min ton inşaat gipsi və digər anhidritlər alıb ki, bu da ötən ilin analoji dövründəkindən 23,2 faiz çoxdur. Müqayisə üçün: ötən ilin yanvar-noyabr aylarında Gürcüstana 20,47 milyon dollar məbləğində 113,09 min ton tikinti materialı idxal edilib.
Bu ilin ilk 11 ayında Azərbaycana 1,338 milyon dollar dəyərində 15,5 min ton sement ixrac olunub. Ötən ilin ilk 11 ayında isə Gürcüstandan Azərbaycana 524,2 min dollar dəyərində 6,46 min ton sement ixrac olunmuşdu.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 53,5 milyon dollar dəyərində 86,44 min ton dəmir çubuq ixrac olunub. Ötən ilin eyni dövründə Azərbaycana 37,53 milyon dollar dəyərində 59,85 min ton dəmir çubuq ixrac olunmuşdu.
Hesabat dövründə Gürcüstana Azərbaycan ixracının ümumi həcmində tikinti materiallarının xüsusi çəkisi 4,45 faiz olub.
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 565,89 milyon dollar dəyərində mal idxal edib. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycandan Gürcüstana idxal 1,8 faiz artıb. Müqayisə üçün: 2013-cü ilin yanvar-noyabr aylarında Gürcüstan 555,81 milyon dollar dəyərində Azərbaycan məhsulları idxal edib.
Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr sırasında üçüncüdür, Gürcüstana gətirilən məhsulların ümumi həcmində Azərbaycandan ixracın xüsusi çəkisi 7,3 faiz təşkil edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam