Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Türkiyə Qarabağın həllində söz sahibinə çevrilə bilər

 

“Türkiyə-Rusiya yaxınlaşması praqmatik xarakter daşıyır və hər iki dövlətin iqtisadi maraqlarına cavab verir”.

 

"Xeberinfo.com":  Məlumata görə,bu sözləri politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, əsas enerji layihələri və mavi axın məsələsi Rusiyanın Türkiyəyə üz tutmasına səbəb olub:

 

“Bu da Türkiyəni müəyyən mənada qane edir. Çünki Ankaraya təbii ehtiyatlar lazımdı. Amma bu, o demək deyil ki, bu iki ölkə nə vaxtsa yaxın müttəfiqlərə çevriləcəklər. Bu yaxınlaşmanı müəyyən maraqlar çərçivəsində  tərəfdaşlıq münasibətləri hesab etmək olar. O ki qaldı indi Ermənistan-İran yaxınlaşmasına, biz çox yaxşı bilirik ki, Tehran uzun illər ərzində İrəvana kömək edib. Bu özünü həm enerji, həm də digər sahələrdə göstərib. Hətta Tehran və İrəvan arasında hərbi əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu da sirr deyil. İran faktiki olaraq Ermənistan üçün pəncərədir, bir çıxış yoludur. Çünki bu ölkənin Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. İran  isə bu fonda Ermənistana kömək göstərir”.

 

Politoloq hazırkı məqamda Tehranın Qarabağ problemində rol oynamaq məqsədinin gündəmdə olduğunu diqqətə çatdırıb:

 

“Dağlıq Qarabağ məsələsində  şifahi şəkildə olsa da, ərazi bütövlüyümüzü tanıyırlar. Ancaq çox istərdik ki, İran bu məsələdə daha fəal olsun və İrəvana müəyyən təzyiqlər göstərsin. Çünki İran müsəlman dövlətidir və burda müəyyən problemlər gündəmə gəlir. Buna görə də İran bunu nəzərə almalıdır. Çünki onsuz da Qərb və Rusiya Ermənistanın nazı ilə oynayır. Deməli, İran başa düşməlidir ki, əgər regionda stabillik yaratmaq niyyəti varsa, onda Ermənistanı sülhə məcbur etməlidir. Əks təqdirdə düşmənlə geniş əməkdaşlıq İranın ümumi maraqlarına ziddir”.

 

F.Sadıqov onu da qeyd edib ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və belə bir məqamda Rusiyanın zəifləyərək Türkiyə ilə yaxınlaşması, ola bilsin, Dağlıq Qarabağ məsələsində müəyyən yumşaqlıq yaratsın:

 

“Hesab edirəm ki, bu məqamdan istifadə etməliyik. Ancaq yenə də Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması heç də o demək deyil ki, Dağlıq Qarabağ məsələsinin həllinə mexaniki şəkildə təkan olacaq. Yəni Ankaranın diplomatiyasından çox şey asılıdır”.

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr