Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dövlət xəstəxanası özəl klinikaya möhtac qalıb?

 

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkimlərinin əksəriyyəti müraciət edən xəstələri müayinə olunmaq üçün yaxınlıqdakı “Şəfa” Müalicəvi Diaqnostik Mərkəzə göndərirlər. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Aktual.az-ın müxbirinə xəstələrdən bir neçəsi məlumat verib. 

Onlar qeyd ediblər ki, səhiyyəmizin ən böyük elmi-tibbi mərkəzində belə bir halın baş verməsi təəssüf doğurur: "Anlaya bilmirik ki, avadanlıq olduğu halda, nə üçün Elmi-Cərrahiyyə Mərkəzinin həkimləri bizi yaxınlıqdakı “Şəfa” Müalicəvi Diaqnostik Mərkəzə göndərirlər? Bəlkə, həmin xəstəxanadan faiz alırlar? Həmin özəl klinikada müayinələr olduqca bahadır. Belə çıxır ki, kasıb, imkanı olmayan insanlar sağlamlığını itirməlidir?!"

Əldə etdiyimiz məlumata görə, özəl klinikaya müayinəyə göndərilən xəstələr həkimlərə etiraz edərkən onların kobud rəftarı ilə qarşılaşırlar. 

Məsələ ilə bağlı M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru Aktual.az-a açıqlamasında bildirib ki, konkret olaraq həkimin adı təqdim olunarsa, tədbir görmək olar: "Heç bir həkimin belə bir addım atmağa ixtiyarı yoxdur. Dövlət tərəfindən xəstəxanada müayinələr aparmaq üçün hər cür şərait yaradılıb. Əgər xəstələr həkimin adını desələr, həmin həkimlə bağlı lazımi tədbir görərik".

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Qədirli də Aktual.az-a deyib ki, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi müayinə üçün bütün avadanlıqlarla təchiz olunub: "Burada tam müasir avadanlıqlar, laboratoriya var. Hansısa həkim xəstəni müayinə üçün özəl klinikaya göndərirsə, bu, qanunsuz hərəkətdir".

Məlumat üçün bildirək ki, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru akademik Böyükkişi Ağayevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam