Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Ölkədə elmin inkişafı qənaətbəxş deyil"

 

"Azərbaycanda elm sahəsində şəffaflıq olsa, elmi adlar kimə gəldi paylanmaz. Bir çox akademiklər jurnalistin verdiyi suala məntiqli cavab belə verə bilmirlər. Bəzilərinin hətta öz sahələrində olan elmi yeniliklər barədə təsəvvürləri belə yoxdur". 

"Xeberinfo.com":  Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib ki, Azərbaycanda elmin inkişafı bir neçə kriteriyadan asılıdır: 

"Dövlət büdcəsindən elmin inkişafı ilə bağlı ayırmalara nəzər salsaq görərik ki, bunlar elmin inkişafına imkan vermir. İkinci problem isə elmin siyasiləşdirilməsidir. Elmi institutların rəhbərlərinin əksəriyyəti, demək olar ki, elmdə qazandıqları nailiyyətlərə görə yox, siyasi mövqeyinə görə seçilir. Üçüncü səbəb isə Azərbaycanda elmin inkişafının qarşısında duran əsas maneələrdən biri kimi yalançı alimliyin geniş şəkildə yayılmasıdır. Bunu hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də çıxışı zamanı demişdi ki, nazirlər, komitə sədrləri, iş adamları bir saat belə elmi fəaliyyətlə məşğul olmadan müəyyən elmi dərəcələr alıblar. Hansı ki, özünü elmə həsr etmiş adamlar, bir neçə kitab yazmış insanlar elmi dərəcə ala bilmir".

S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanda elmdə şəffaflıq olsa, elmi dərəcələr kimə gəldi paylanmaz:

"Bir çox akademiklərin televiziyalarda, xalqın qarşısında nitq söyləyərkən necə səhvlərə yol verdiklərini görürük. Bəziləri jurnalistin verdiyi suallara məntiqli cavab verə bilmir. Hətta əksəriyyətinin öz sahəsindəki müasir elmi yeniliklər barədə təsəvvürləri belə yoxdur. Bütün bunlar hamısı göstərir ki, ölkədə elmin inkişafı qənaətbəxş deyil".

Partiya sədri elmi fəaliyyətindən danışaraq bildirib ki, özü də bir çox nəzəriyyələr yazıb:

"Şəxsən mən siyasətlə yanaşı, elmlə də müntəzəm məşğul oluram. Yazdığım nəzəriyyələrim var. Bir ilə yaxındır yazdığım nəzəriyyəni Milli Elmlər Akademiyasının prezidentinə təqdim etmişəm. Bu vaxta qədər hətta bunun əleyhinə bir kəlmə söz deyən belə yoxdur. Xahiş etmişəm ki, nəzəri mexanika sahəsindəki akademiklər yığışıb bu nəzəriyyə ilə bağlı fikirlərini bildirsinlər. Bir ildir heç bir reaksiya yoxdur. Bəlkə, mənim o nəzəriyyəm ölkəmizə böyük divident gətirəcək. Bu məsələyə istənilən səviyyədə reaksiya verilməməsi elmlə bağlı çox acınacaqlı bir vəziyyətdən xəbər verir. Bütün dünyada qəbul olunub ki, iddia irəli sürülərsə, elmi institutlar o iddianı araşdırmalıdır. Bu da göstərir ki, Azərbaycanda elm, nəinki can verir, hətta keçinib". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam