Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İcra başçısının döyülməsi ilə bağlı görüş təşkil olunub

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədov hazırda Kəlbəcər sakinləri ilə görüş keçirirlər. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə YAP-ın Gəncə Şəhər təşkilatının sədri Naqif Həmzəyev məlumat verib. Onun sözlərinə görə, görüşdə bir neçə gün öncə Gəncədə aksiyaya səbəb olmuş məsələlər müzakirə edilir. Görüşün nəticələri barədə ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan Gəncənin Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam