Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Müdafiə naziri müharibə mesajı verdi

 

"Ərazi bütövlüyümüzün hərbi yolla bərpa ediləcəyinə əminəm"

"Xeberinfo.com": Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər zabit heyəti, hərbi hüquqşünaslar, psixoloq kurslarının dinləyiciləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının müəllim və professor heyəti ilə görüşüb.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müasir dövlətçiliyimizin banisi və Silahlı Qüvvələrimizin yaradıcısı olan ulu öndərimizin anım günü ərəfəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev son vaxtlar ordunun mənəvi-psixoloji, tərbiyə işinin yüksəldilməsi istiqamətində dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini qeyd edərək bu sahəyə göstərilən diqqətə görə müdafiə nazirinə görüş iştirakçıları adından öz minnətdarlığını bildirib.
Sonra müdafiə naziri general-polkovnik Z.Həsənov geniş nitqlə çıxış edib. O, görüşə toplaşan zabitləri salamlayaraq Azərbaycan Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimizin müasir inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.
Müdafiə naziri hazırda bir çox bölgələrdə şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırıması istiqamətində əsaslı tikinti və təmir işlərinin həyata keçirildiyini, çoxsaylı müasir silah və texnika alındığını, hərbi hissələrin məişət-təsərrüfat fəaliyyətinin yenidən qurulduğunu xüsusilə vurğulayıb.
Dövlət rəhbərliyinin göstərdiyi yüksək etimada cavab olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən müdafiə naziri torpaqlarımızın 20 faizinin tezliklə işğaldan azad edilməsi naminə hər kəsin vəzifə borcunu yerinə yetirmək üçün özündə məsuliyyət hiss etməsini bir daha qeyd edib.
Ölkəmizin ərazi bütövlüyünün hərbi yolla bərpa ediləcəyinə əminliyini ifadə edən general-polkovnik Z.Həsənov şəxsi heyətin tərbiyə işini və mənəvi-psixoloji hazırlığını müasir tələblər səviyyəsinə yüksəltmək üçün bu sahəyə cavabdeh olan zabitlərin, həmçinin kadr bölmələri işçilərinin, hərbi hüquqşünasların və psixoloqların qarşısında dayanan vəzifələrdən ətraflı danışıb, göstəriş və tövsiyələrini nəzərə çatdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam