Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

GDU-nun “Eidon” komandası I yeri əldə edib

 

İNTELLEKTUAL OYUNU “MER KUBOKU-2014”

"Xeberinfo.com": Gəncə şəhərində ilk dəfə Gənclər və İdman Baş İdarəsi və Gəncə İntellektual Klubun təşkilatçılığı ilə ilk dəfə olaraq “Mer kuboku-2014” adı altında “Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Əsas məqsəd tələbələrin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi və s. olub. 

İntellekt yarışında  Gəncə şəhərinin ali təhsil məktəblərini əhatə edən  20 komandanın 140 nəfər iştirakçısı  mübarizəyə qoşulub. Üç mərhələdə keçən bu yarışda müəyyən  vaxt çərçivəsində hər mərhələsində 12 sual  olmaqla, ümumilikdə 36 suala cavab tapmaq lazım gəlib.  Qalib komandalara kubok, medal və diplomlar təqdim olunmuşdur.

Sevindirici haldır ki, yarışda iştirak edən Gəncə Dövlət Universitetinin “Eidon” komandası komandalar arasında ən yüksək göstəricilərə sahib olub. Belə ki, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahovun hazırladığı  “Eidon” komandası I yeri əldə edə bilib. “Eidon” sözünün də latınca mənası elə “qələbə” demək imiş.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Gəncə şəhərində ilk dəfə keçirilən və bundan sonar mütəmadi keçirilməsi qərara alınan “Mer kuboku-2014” adı  altında “Nə? Harada? Nə zaman?" intellektual oyununda  qalib gəlmiş komandanın üzvlərini-Royal Hüseynovu (komandanın kapitanı), Fikrət Fərhadlını, İbrahim Salayevi, Royal Məcidlini (İqtisadiyyat fakültəsinin IY kurs tələbələri), Nürəddin Hüseynovu ( Fizika və texniki fənnlər fakültəsinin tələbəsi) və  Şövkət Orucovanı  ( Xarici dillər fakültəsinin tələbəsi) qəbul edib, Universitetin şərəfini qoruduqları üçün təşəkkürünü bildirmiş və mükafatlandırmışdır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam