Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İlin ən yaxşı məktəb və müəllim müsabiqəsi keçiriləcək

 

 

Ən yaxşı məktəb və müəllim seçiləcək

 

 

"Xeberinfo.com": Məlumata görə, dünən Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi çərçivəsində məktəb direktorlarının təqdimatlarının dinlənilməsinə başlanılıb.

Müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir.

Müsabiqələrin ilk mərhələsində təqdim edilən sənədlər yoxlanılıb və 61 məktəb, həmçinin 131 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb. Qeyd edək ki, müsabiqədə iştirak üçün 94 ümumtəhsil məktəbi və 296 müəllim müraciət edib.

“Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsində müəllimlərin Bakı şəhərinin seçilmiş məktəblərində nümunə dərsləri təşkil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam