Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

BMT-nin qarşısında etiraz aksiyası

 

Qarabağ Azadlıq Təşkilatı (QAT) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməməsinə etiraz əlaməti olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyinin binasının yaxınlığında etiraz aksiyası keçirib.
"Xeberinfo.com":  APA-nın məlumatına görə, etiraz aksiyasında QAT üzvləri ilə yanaşı, D. Əsgərov və Ş. Quliyevin ailə üzvləri, qohumları da iştirak ediblər. 

Şəhidlər Xiyabanından BMT-nin Azərbaycan Nümayəndəliyinin qarşısına yürüşlə başlayan aksiyanın qarşısı polis tərəfindən alınsa da, yürüş iştirakçıları etiraz məqsədilə gətirdikləri qara qərənfili nümayəndəliyin həyətinə atıblar. 

Aksiyanın keçirilməsində məqsəd BMT və digər beynəlxalq təşkilatların girov götürülən azərbaycanlıların taleyinə biganə yanaşmasına diqqət çəkmək olub. Aksiya iştirakçıları “Rədd olsun BMT!”, “Rədd olsun Minsk Qrupu!” “Ar olsun BMT-yə!” və başqa şüarlar səsləndiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam