Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycana aid xəritələr tapıldı

 

"Xeberinfo.com": Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva İtaliyada səfərdə olub. O, səfər çərçivəsində İtaliyanın aparıcı şərqşünaslıq mərkəzində - Neapol Şərqşünaslıq Universitetində olub.
Səfər çərçivəsində G.Baxşəliyeva Vatikan Apostol kitabxanasında və İtaliyanın Milli kitabxanasında axtarışlar aparıb. Vatikan kitabxanasında bir çox xəritələrə baxış keçirərək, Azərbaycan və regionun tarixi coğrafiyasına aidiyyəti olan 18 xəritənin surətləri sifariş edilib. 
Surətlər bir ay ərzində sifarişçiyə göndəriləcək. Eyni zamanda alim tərəfindən Vatikanda saxlanılan, ərəb, fars və türk əlyazmalarının (bütövlükdə 4 cild) kataloqları alınaraq, ölkəmizə gətirilib. Hazırda onların üzərində ətraflı araşdırma aparılır. 
Milli kitabxanada axtarış aparan alimimiz burada bir sıra azərbaycanlı müəlliflərin əsərlərinin saxlanıldığını müəyyən edilib. Əslən Təbrizdən, Şirvandan, Bakıdan, Bərdədən və digər tarixi Azərbaycan ərazilərindən olan müəlliflərin əsərləri bizim üçün böyük maraq doğurur. 
Milli kitabxanada saxlanılan şərq əlyazmalarının kataloqları, təəssüf ki, bugünədək çap olunmayıb və onlarla yalnız kitabxananın özündə tanış olmaq mümkündür. 35 qalın cilddən ibarət şərq kataloqlarından zaman məhdudluğundan yalnız 9-u ilə tanış olmaq mümkün olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam