Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“İntihar körpüsü”nü nəzarətə götürdü

DİN “İntihar körpüsü”nü nəzarətə götürdü

 

 

“Polis əməkdaşları “Koroğlu” körpüsündə intihara cəhd hallarını nəzərə alıb sayıqlıqlarını bir az da artırıblar”.
   "Xeberinfo.com": Bunu azvision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib.
DİN rəsmisi qeyd edib ki, intihara cəhd hallarının qarşısının alınması məqsədi ilə nazirlik tərəfindən müəyyən tədbirlər görülür: “Həmin halların qarşısı polis əməkdaşları tərəfindən alınır. Şükürlər olsun ki, həmin intihara cəhd edənlərin heç birisi intihar etməyib.
Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə tədbirləri ilə həmin halların qarşısı alınır. Həmin ərazidə xidmət aparan bizim post patrul xidmətinin əməkdaşları intihara cəhd amillərinə də diqqət yetirirlər və belə halların baş verməməsi üçün lazımı tədbirlər görürlər.
Həmin yer Sabunçu və Nizami Rayon Polis İdarələrinin xidməti ərazilərinə daxildir. Şəhərin hər yerində olduğu kimi orada da bizim aidiyyatlı əməkdaşlarımız sutka ərzində öz xidmətlərini aparırlar. Onlar intihara cəhd hallarını da nəzarə alır və sayıqlıqlarını bir az da artırıblar. Bütün lazımı tədbirlər görülüb”.
DİN-nin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov həmçinin bulvar ərazisində baş verən intihara cəhd hallarına da münasibət bildirib. O, qeyd edib ki, həmin ərazidə də polis əməkdaşları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir: “Polis və FHN əməkdaşları tərəfindən ora da daxil olmaqla, paytaxtın bütün ərazilərində gecə-gündüz xidmət aparılır. Belə halların baş verməməsi üçün bütün lazımı tədbirlər görülüb”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam