Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya NATO-dan qarantiyalar istəyir

Ukrayna böhranı: Rusiya NATO-dan qarantiyalar istəyir

 

     Frank-Walter Steinmeier (fotoda solda) deyib ki, Ukraynadakı münaqişə haqqında nikbinlik üçün heç bir səbəb görmür

 

   "Xeberinfo.com": Rusiya "Ukraynanın NATO-ya qoşulması haqqında heç kəsin fikirləşməyəcəyi barədə 100 faizlik zəmanət" istəyib, Prezident Vladimir Putinin sözçüsü BBC-yə deyib.
    Dmitri Peskov əlavə edib ki, NATO-nun Rusiya sərhədlərinə getdikcə yaxınlaşması Moskvanı "narahat" edib.
    Daha əvvəl cənab Putin demişdi ki, ABŞ Rusiyanı heç zaman Ukrayna barədə "tabe etməyəcək".
    Almaniyanın xarici işlər naziri demişdi ki, Avropa "əməkdaşlıq əvəzinə qarşıdurmaya" doğru gedir.
     Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Frank-Walter Steinmeier demişdi ki, şərqi Ukraynada döyüşlər gərginləşdikcə o, "nikbinlik üçün heç bir səbəb" görmür.
    Nazir həmçinin Rusiyanı Minsk atəşkəs sazişinə riayət etməyə çağırıb.
Ukrayna
NATO deyir ki, Şərqi Ukraynadakı separatçılar arasında Rusiyanın hərbi iştirakı var

Tarixi vəd

NATO üsyançıların idarə etdiyi ərazilərdə və sərhədin Rusiya tərəfində Rusiya hərbi əlamətlərinin çoxalması barədə xəbərdarlıq edib.
Cənab Peskov isə öz növbəsində NATO-nu Rusiya sərhədlərinə yaxınlaşaraq tarixi vədini yerinə yetirməməkdə ittiham edib.
O, deyib ki, alyans "güc balansını ... pozmağa çalışır".
Televiziyada yayımlanan görüşdə cənab Putin kremlpərəst fəallara demişdi ki, ABŞ "bizi tabe etmək, öz problemlərini bizim hesabımıza həll etmək istəyir. Onlar hökmranlıq etmək, təsir etmək istəyirlər. Tarixdə heç kəs Rusiyaya bunu edə bilməyib, heç zaman edə bilməyəcək də".
Bazar ertməsi Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib.
Qərb Rusiyanı Ukrayna münaqişəsində birbaşa iştirak etməkdə ittiham etsə də, Moskva bunu inkar edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam