Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Binəqədi rayonunda tədbirlər davam edir

reliz

 

 

"Xeberinfo.com": Binəqədi rayonunda əlamətdar günlərin qeyd olunması ilə bağlı tədbirlər davam edir. Belə ki, 12 Noyabr  Azərbaycan Respublikası Konstitusiya günü münasibətilə Binəqədi rayonu 284 saylı tam orta məktəbdə Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” pyesi səhnələşdirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.

 


       
       
       
     

 

Məktəblilər tərəfindən böyük maraqla qarşılanan pyesdə ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqında gerçəkliklər göstərilmiş, müxtəlif dövlətlərə meyili olan ziyalıların səhv yol tutmaları yaradılan bədii obrazlar vasitəsilə tənqid olunmuşdur. Əsərdə əsas qayə kimi xalqın nicatı, gələcək inkişafı üçün məhz bir yumruq kimi Vətən, azərbaycançılıq ideyası ətrafında  birləşmənin qaçılmaz olduğu göstərilmişdir. İdeya və məzmun baxımından böyük tərbiyyəvi əhəmiyyətə malik, vətənpərvərliyi, xalqa sədaqəti tərənnüm edən əsərin məhz 12 Noyabr  Azərbaycan Respublikası Konstitusiya günündə nümayiş olunması məktəbin kollektivi və şagirdlərinin böyük marağına səbəb olmuşdur.

 


     


     

 

 

Digər bir tədbir 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Rəşid Behbudov adına Mahnı Teatrında “Əməkdar Mədəniyyət İşçisi”, şair – dramaturq İftixarın əsasında “Qalx ayağa Azərbaycan” tamaşası səhnələşdirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri,  rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan tamaşada Azərbaycan xalqının milli dirçəlişə, milli şüurunun oyanmasına, dövlət müstəqilliyini əldə etməsinədək keçdiyi keşməkeşli tarixdən bəhs olunmuş, üzləşdiyi soyqırımılar obarzların dili ilə canlandırılmışdır. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanmışdır. Tamaşadan sonra əsərin müəllifi İftixar Piriyev, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri professor Asəf Zamanov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış etmişlər. A.Əliyeva çıxışında tədbir iştirakçılarını Milli Dirçəliş Günü münasibətilə RİH başçısı adından təbrik etmişdir. RİH başçısının müavini xalqın  gerçək oyanışı və vahid ideya ətrafında birləşməsinin məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olduğunu bildirmişdir. O, bu gün Prezident İlham Əliyevin həmin birlik və həmrəyliyin təminatçısı olduğunu vurğulamışdır.    

 




















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam