Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Azərbaycan maliyyə itkiləriylə üzləşə bilər"

Milli Məclisdə büdcə müzakirələri:

 

 

   Milli Məclis “Azərbaycan Respubklikasının 2015-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən müzakirələrdə baş nazir Artur Rəsizadənin başçılığı ilə hökumət üzvləri iştirak edirlər.
   "Xeberinfo.com": “Azərbaycan 10 ildən artıqdır ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərflərində də öz əksini tapıb. Bu ilin 9 ayının nəticələrinə görə, bütövlükdə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə olunub”. 
Bunu parlamentin bugünkü iclasında spiker Oqtay Əsədov 2015-ci ilin dövlət büdcəsi ilə bağlı danışarkən dedi. Spiker bildirdi ki, Azərbaycan artıq 10 ildir ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur: “Makro-iqtisadi proqnozlara görə, 2014-cü ildə ÜDM istehsalın 59 milyard manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çox deməkdir. Önəmli məqamlardan biri də odur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faizi həcmində olmaqla, nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə, 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır”. 
O.Əsədov qeyd etdi ki, dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7 faiz çoxdur: “Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37  mln. manat və yaxud 5,2 faiz artıqdır”.
Üç gün davam edəcək büdcə müzakirələrində hazırda məruzələr dinlənilir. 
“Bəzi dövlətlərdə səriştəli rəhbərlik yoxdur. Yaxşı lideri olmayan dövlətin sonu yoxdur”. Bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsinin müzakirəsi zamanı dedi. 
Komitə sədri bildirdi ki, bu layihədə iqtisadi-sosial məsələlərin, ölkədə iqtsadi gəlirlərin iqtisadi tənzimlənməsinin bütün müddəaları ətraflı əks olunub: “Bir aya yaxındır ki, dövlət büdcəsi ilə bağlı müzakirələr keçirilir. Qanun layihəsində əsas məqamlara diqqət yetirmək istəyirəm. Belə ki, qanun layihəsində dünyada qloballaşma prosesində Azərbaycanda iqtisadi sabitliyinm qorunub saxlanılması öz əksini tapıb. Çünki, bu məsələlər bu proseslərin konteksində təhlil olunur”. 
Z.Səmədzadənin sözlərinə görə, qloballaşma prosesində Azərbaycanın maliyyə sabitliyinin qorunması artıq ənənə halını alıb: “2015-ci ildə büdcə gəlirlərinin 1 milyard manat artırılması nəzərdə tutulub. Qeyri-neft sektorunun gəlirləri 2013-2014-cü ilin gəlirlərindən 1,5 dəfə çoxdur”. 
Komitə sədri qeyd etdi ki, bu il ərzində Azərbaycana gələn maşınların sayında və burdan gələn gəlirlərdə azalma müşahidə olunub: “Ancaq bu, müvəqqəti haldır. Bu gün Azərbaycana ekoloji cəhətdən təmiz maşınların idxalına ciddi ehtiyac var. Bununla bağlı qanunvericilik bazası hazırlanmalıdır”. 
Z.Səmədzadə vurğuladı ki, biznes və maliyyə resurslarına böyük investisiyalar yatırılmalıdır: “Biz bu siyasəti həyata keçirməliyik ki, istənilən nəticəni əldə edək və dövlət büdcəsinin gəlirlərini artıra bilək”. 
“2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar müəyyən edilib. Dünya bazarlarında qiymət 75-80 dollara enə bilər” - deyə, Z.Səmədzadə bildirdi. 
O, bildirdi ki, Azərbaycan dünya bazarlarında neftin qiymətinə müdaxilə edə bilməz: “Yəni neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər. Bu, dünya siyasətidir və bizim ona müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmayacaq”. 
Maliyyə naziri Samir Şərifov büdcə layihəsi haqqında danışarkən bildirdi ki, neftin qiyməti 60 dollara düşsə belə, hər hansı təhlükəli ssenari yaşanmayacaq. Məruzəçinin dediyinə görə, 2015-ci il üçün Dövlət Neft Fondunun xərcləri cari illə müqayisədə 9 faiz çox, yəni 12 milyard manatdan artıqdır. 
Nazir qeyd etdi ki, gələn il üçün İpoteka Fonduna 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 10 milyon manat artıqdır. Gələn il üçün neft gəlirləri 12 milyard 500 milyon, icmal büdcə 25 milyard, Naxçıvan Muxtar Respublikasının gəlirləri isə 367 milyon manat nəzərdə tutulub. 
S.Şərifov deputatları büdcə layihəsinə səs verməyə çağırdı. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam