Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

“Neftin qiymətinin aşağı düşməsi dünya siyasətidir”




  “Neftin bir barelinin qiyməti 70-80 dollara kimi düşə bilər”

     "Xeberinfo.com": AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə 2015-ci il büdcə layihəsinin müzakirə zamanı parlamentin İqtisadi-Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib. 

    Onun sözlərinə görə, bu, dünya siyasətidir. 

    “Neftin qiymətinin 90 dollara düşməsi büdcədə bizə 2 milyard zərər verəcək. Buna bizim müdaxiləmiz qeyri-mümkündür. Siz yaxşı bilirsiniz ki, hansı təlatümlər səbəbindən neftin qiyməti aşağı düşür.Amma Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində heç bir sosial proqram neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yarımçıq qalmır. Onlar hamısı fəaliyyətini davam etdirir. Ulu öndər Heydər Əliyevin dahiliyi o idi ki, Dövlət Neft Fondunu yaratdı və vəsaitlər həmin fondda toplandı. Hazırda Azərbaycan Valyuta Fondunun vəsaiti 55 milyardı ötür. İndi 2 və 3 milyard Azərbaycanın büdcəsinə heç bir təsir göstərmir. Əgər təsir edərsə, bizim kifayət qədər imkanımız var ki, bu təsiri aradan qaldıraq. Azərbaycan dövlətinin apardığı siyasətin nəticəsidir ki, büdcə xərcləri 20 milyardı ötüb. Vaxt var idi ki, Azərbaycanın dövlət büdcəsi ilə heç bir irimiqyaslı layihə həyata keçirmək mümkün deyildi”, - Ziyad Səmədzadə əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam