Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycan və Rusiya bankı dollardan imtina etdi

     Bununla bağlı Azərbaycan Beynəlxalq Bankı ilə «Roseksimbank»  arasında saziş imzalanıb

    Məhəmməd Talıblı: «Rusiya qlobal səviyyədə olmasa da, MDB ölkələri ilə ikitərəfli danışıqlar apararaq rublun mövqeyini möhkəmləndirmək istəyir»

    "Xeberinfoşcom": Qərbdən gələn sanksiyalar qarşısında ciddi çətinliklər yaşayan Rusiya vəziyyətdən çıxmaq üçün bir sıra addımlar atmaqdadır. Onlardan biri Azərbaycanlaəlaqələri daha da dərinləşdirməkdir. Düşdüyü vəziyyətdən çıxmaq üçün Çinlə ticarəti dollarla aparmayan Rusiya Azərbaycanla da oxşar addım atmağa hazırlaşır. 

    Belə ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Rusiyanın “Roseksimbank”ı arasındaəməkdaşlıq haqqında saziş imzalanıb. Müqavilə Bakıda MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı və MDB-nin Icraiyyə Komitəsinin dəstəyi ilə keçirilən MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı zamanı imzalanıb. Sənədi Rusiya tərəfdən “Roseksimbank”ın Idarə Heyətinin sədri Dmitri Qolovanov, Azərbaycan tərəfdən isə ABB-nin Idarə Heyətinin sədri Cahangir Hacıyev imzalayıb. Müqavilə iki bank arasında xarici iqtisadi sahədəəməkdaşlığı nəzərdə tutur.

    D.Qolovanov məsələ ilə bağlı bildirib: “Bizim imzaladığımız müqavilədəəsas məqamlardan biri birgə işlərimizdə milli valyutaların istifadə olunmasının mümkünlüyüdür. Mövcud şəraitdə xarici ticarətdə hesablaşmaların manat və rubla keçməsi Rusiya və Azərbaycan arasında ticari-iqtisadi və siyasi münasibətlərin daha da inkişafına müsbət təsir edəcək. Şübhəsiz bu, Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya ixracəməliyyatları zamanı banklar və ixracatçılar üçün valyuta və siyasi riskləri azaldacaq. Bu müqavilə Rusiya və Azərbaycan ixracatçıları üçün yeni imkanlar açır. Indi onlar üçün bazarlara çıxmaq daha asan olacaq”.Beləliklə, artıq bankəməliyyatlarında dollardan istifadə arxa plana keçir. Xatırladaq ki, bundanəvvəl Rusiya Dövlət Dumasının Maliyyə məsələləri komissiyasının sədr müavini, deputat Dmitri Savelyevin sözlərinə görə, Rusiya ilə Azərbaycan qarşılıqlı hesablaşmalar zamanı manata və rubla keçmək barədə razılaşmaqdadır: “Biz özümüz öz aramızda milli valyutaya keçə, bununla da milli iqtisadiyyatımızın inkişafına güclü təkan verə biləriksə, onda başqa ölkələrin iqtisadiyyatını niyə gücləndirməliyik?! Azərbaycanın qızıl kimi manatı və bu valyutanın sabit kursu var. Bu isə Azərbaycan hökumətinin iqtisadi siyasətinin çox savadlı qurulduğunu və savadlı şəkildə də idarə olunduğunu göstərir”. Ekspertlər bildirir ki, Qərbin, xüsusən də ABŞ-ın sanksiyalarına cavab olaraq, Rusiya maliyyəəməliyyatlarında, xarici ticarətdə dollardan tədricən imtina etməyə başlayıb. Qeyd olunduğu kimi, artıq Rusiya və Çin arasındakı ticarətdə ABŞ dollarından istifadə etməmək barədə razılığa gəlinib. 

    Xatırladaq ki, qəzetimizin son sayında Rusiya ilə Azərbaycan arasında münasibətlərin növbəti daha üst mərhələyə qədəm qoyduğunu sübut edən yazı dərc olunmuşdu. Qəzetimizdə qeyd etmişdik ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) Islam Inkişaf Bankından (IIB) Rusiyaya investisiyaların cəlb edilməsinə yardım edə bilər. Bunu şənbə günü ABB-nin Islam bankçılığı departamentinin direktoru Bəhram Qurbanzadə Bakıda keçirilən MDB iştirakçı ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində deyib.

    Onun sözlərinə görə, IIB-in Rusiyada yaşadığı yeganə problem bu ölkənin bankın üzvü olmamasıdır. 

    Bəs Azərbaycanın Rusiya iləəlaqələrdə dollardan imtina etməsi nə vəd edir? Bu qərarı iqtisadidən daha çox siyasi hesab etmək olarmı?

     Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Rusiya artıq bir müddətdir postsovet resbublikalarını münasibətlərdə dollardan imtinaya dəvət edir. Burada məqsəd rublun sabitliyini saxlamaq şərti ilə Rusiyaya qarşı olan sanksiyaları yüngüləşdirməkdir: “Rusiya qlobal səviyyədə olmasa da, MDB ölkələri ilə ikitərəfli danışıqlar apararaq rublun mövqeyini möhkəmləndirmək istəyir. Rusiya rublunu yenidən işlək valyutaya çevirmək istəyir.ən azı həmin ölkəyə idxal-ixracəməliyyatları zamanı rubldan istifadə edilsin. Rusiyanın Gömrük Ittifaqı ideyası düşündüyü formada reallaşsaydı, bir neçə ölkə də rublun dirçəlməsinə kömək edərdi. Amma bu ideya baş tutmadığı üçün Rusiya ikitərəfli münasibətlər səviyyəsində rublu işlək valyutaya çevirməyə çalışır. Ona görə də təklif olunan ideya məzmunca bundan ibarətdir ki, həmin ölkələrlə daha çox iqtisadiəlaqələr qurulsun”.

     Verilən bu qərarın iqtisadidən çox siyasi qərar olduğunu deyən M.Talıblı vurğuladı ki, Rusiya bu addımları həm siyasi, həm də iqtisadi maraqlarını güdərək atıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam