Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ Rusiyaya qarşı

 

“II Minsk görüşündən əvvəl Rusiya mümkün qədər Donetsk və Luqanskda siyasi hakimiyyətini gücləndirməkdən ötrü buraya iqtisadi dəstəyini artıracaq”.

 

"Xeberinfo.com": Bu açıqlama ilə politoloq Orxan Qafarlı çıxış edib.

 

Politoloqun sözlərinə görə, ABŞ Rusiyaya qarşı üçüncü iqtisadi sanksiyalar paketini irəli sürmək istəyir:

“Ukrayna ilə Rusiya arasında II Minsk görüşünə az qalıb. Ukrayna tərəfi bu görüşün keçirilməsinin mümkünsüz olduğunu deyir. Bəs əslində necədir?  II Minsk görüşündən əvvəl Rusiya mümkün qədər Donbasda siyasi hakimiyyətini gücləndirməkdən ötrü buraya iqtisadi dəstəyini artıracaq. Üstəlik, Moskva bölgədə sabitlik dönəminin qarşısını alır. Bunun səbəbi isə Rusiyanın güclü tərəf kimi görüşlərə qatılmaq istəməsidir. Amma ABŞ və Ukrayna bunu bilir. Görüşdən əvvəl Kiyev və Vaşinqton Moskvaya qarşı üçüncü iqtisadi sanksiyalar paketini həyata keçirmək istəyir. Amma Almaniya buna qarşı çıxır və Avropada gərginliyin artıracağını bildirir. ABŞ üçüncü iqtisadi sanksiyalar paketini təktərəfli etmir, lakin Avropa İttifaqını da buna raza sala bilmir. Çıxış yolu isə indi neftin qiymətlərinin daha da enməsi nəticəsində Rusiyanın zəifləməsini gözləməkdir. Daha doğrusu Qərb Rusiyanın içində bir iqtisadi böhran gözləyir. Bunun üçün də Minsk görüşlərini 2015-ci ilin martına saxlamaq istəyirlər. Rusiya anlayır ki, saatlar keçdikcə onun siyasi manevra imkanları məhdudlaşır və ABŞ-ın hesabı nədən ibarətdir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam